Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq – Qiymətlər

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir.

Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin orta qiymətləri 1600-2100 manat arası dəyişirdisə, 2025-ci ildə bu rəqəm 2300-5000 manat olub.

Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımları gözə çarpır?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır:

“Paytaxtda sərbəst torpaq sahələrinin azalması yeni layihələrin reallaşdırılmasını çətinləşdirir. Xüsusilə mərkəzi və prestijli rayonlarda bu məhdudiyyət daha çox hiss olunur. Eyni zamanda paytaxt əhalisinin artması, regionlardan köç axınının güclənməsi və xarici vətəndaşların daşınmaz əmlaka marağı tələbatın yüksəlməsinə səbəb olub. Rusiya, Orta Asiya və Yaxın Şərqdən gələnlərin aktiv iştirakı bu prosesdə mühüm rol oynayır. Tikinti materiallarının – sement, armatur, bitum və sair beynəlxalq bazarlarda bahalaşması da qiymət artımının səbəblərindən biridir”.

İqtisadçı bildirib ki, son illərdə Azərbaycanda daşınmaz əmlak sahəsi sərfəli investisiya aləti kimi qəbul edilir:

“Əhalinin böyük hissəsi pulunu mənzilə yatıraraq onu dəyər itkisindən qorumağa çalışır. Bu isə bazarda əlavə tələb formalaşdırır və qiymətləri artırır. Dövlətin ipoteka proqramlarını genişləndirməsi ilə daha çox insan mənzil ala bilir. Bu da bazara yeni alıcıların daxil olmasına şərait yaradır. Paralel olaraq, Bakı turizm potensialına görə, həm də qonaqlar üçün cəlbedici şəhərdir. “Airbnb” və digər gündəlik kirayə xidmətlərinə marağın artması bəzi rayonlarda mənzil qiymətlərinə təzyiqi artırıb. Mərkəzi rayonlarda bu amil xüsusilə nəzərə çarpacaq”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb:

“Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, “SeaBreeze”də torpaq qiymətləri 70-100 faiz arasında bahalaşıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

End of content

No more pages to load

RADİO