Banklardan manatla kredit götürənlərə ŞAD XƏBƏR - Mayın 15-nə qədər...

Maliyyə Nazirliyi banklarda depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün  xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib. Fiskal qurum vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb. 

Maraqlıdır, bu banklarda faiz dərəcələrinin enməsinə necə təsir göstərəcək?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov "News24.az"a açıqlamasında bildirib ki, əgər bu proses davamlı xarakter alarsa, əmanət və kredit faizlərinin aşağı düşməsi ehtimalı güclənə bilər:

“Bu, həm maliyyə bazarında likvidliyin artırılmasına xidmət edir, həm də dövlətin passiv şəkildə saxladığı vəsaitlərin iqtisadi dövriyyəyə daxil olmasına şərait yaradır. Son illərdə büdcə icrası zamanı xəzinə qalığında böyük məbləğdə vəsait toplanırdı. Həmin vəsaitlərin heç bir halda istifadə olunmaması səmərəli yanaşma sayılmır. Onların depozit formasında banklara yönləndirilməsi, bir tərəfdən dövlət büdcəsinə gəlir gətirə bilər, digər tərəfdən isə bazarda müəyyən müsbət dəyişikliklərə səbəb ola bilər.”

Rəşad Həsənovun sözlərinə görə, bu addım nəticəsində bank sektorunda likvidlik artacaq və bu da əmanət faizlərinin bir qədər enməsi ilə nəticələnə bilər:

“2024-cü ilin əvvəlindən etibarən əmanət faizlərində artım müşahidə olunur. Lakin dövlətin vəsaitlərini banklara yerləşdirməsi bu artımı tənzimləyə, hətta müəyyən qədər azalda bilər. Əgər bu proses ardıcıl və uzunmüddətli xarakter daşısa, bu zaman təkcə əmanət deyil, eyni zamanda kredit faizlərində də azalma baş verə bilər.”

İqtisadçı vurğulayır ki, əsas şərt bu prosesin davamlı və məqsədyönlü şəkildə aparılmasıdır:

“Əgər Maliyyə Nazirliyi bu vəsaitləri stabil şəkildə banklarda saxlaya və idarə edə bilsə, bu, nəticə etibarilə həm vətəndaşlar, həm də biznes üçün daha əlverişli kredit şərtlərinin formalaşmasına səbəb ola bilər. Dövlətin maliyyə resurslarını iqtisadi dövriyyəyə cəlb etməsi, düzgün strateji yanaşma ilə müşayiət olunduğu halda, ölkənin maliyyə sektorunda dayanıqlı və müsbət dəyişikliklərə yol aça bilər".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

End of content

No more pages to load

RADİO