Pensiya artımı ilə bağlı ƏHALİYƏ MÜHÜM XƏBƏR

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial sığorta haqları və gələcək pensiya təminatları ilə bağlı suallar doğurur.

VÖEN-lə çalışanların sosial ödənişləri, pensiya hüquqları necə tənzimlənir?

Bizim.Media
xəbər verir ki, “globalinfo.az”a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Azərbaycanda sosial ödənişlərin müxtəlif növləri var:
 

“Bilirsiniz, VÖEN-lə çalışanların bir hissəsi sadələşmiş vergi ödəyiciləridir. Məsələn, taksi sürücüləri, bərbərlər, fərdi sahibkarlar və sair. Onlar minimum əməkhaqqının 6 faizi qədər Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş edirlər.


Bundan əlavə, onların icbari tibbi sığortası minimum əməkhaqqının 4 faizini təşkil edir. Pensiya hüquqlarının formalaşması isə ödənilən sosial sığorta haqlarından asılıdır. Hər ay ödənilən məbləğlər pensiya hesabına yığılır və onun əsasında formalaşır. Bu, istər VÖEN, istərsə də əmək müqaviləsi ilə çalışanlara aiddir. Digər şərtlərdən biri iş stajıdır. VÖEN-lə çalışanlar sosial təminatdan məhrum olurlar. Məsələn, onların məzuniyyəti, tibbi kompensasiyası və sair kimi haqları yoxdur”.

İqtisadçının sözlərinə görə, yeni qaydalara əsasən, uzun müddət VÖEN-lə çalışan şəxslər mütləq əmək müqaviləsi bağlamalıdırlar ki, sosial təminat hüquqları yaransın:

“Təəssüf ki, bəzi hallarda bunu müşahidə etmirik. Eyni zamanda dövlət özəl pensiya fondlarına təşviq edir. Bu fondlar işçilərin pensiya kapitalını artırır və dövlətin də sosial yükü azalır. VÖEN-lə çalışan şəxslər təkcə sadələşmiş vergi ödəyiciləri deyil. Hətta ondan istifadə edə bilməsələr belə, öz gəlirlərindən DSMF-yə həmişə ödəniş etmək məcburiyyətindədirlər. Dövlətin isə hər kəs qarşısında minimal öhdəlikləri var.
 

Hətta işsiz şəxslər də müavinət ala bilərlər. Bu səbəbdən Azərbaycanda 10 min manat pensiya alanlar da var, daha aşağı məbləğlər də mövcuddur. Pensiya haqları sosial sığorta ödənişləri və staj nəzərə alınmaqla, xüsusi düsturla hesablanır. Həmçinin pensiya hüququ qazanmaq üçün minimum 25 il sığorta stajı tələb olunur və bu müddət ərzində sosial sığorta ödənişləri müntəzəm edilməlidir.


Bundan əlavə, VÖEN-lə çalışan şəxslər həm də özəl pensiya fondlarına qoşularaq əlavə yığım edə bilərlər. Bu da gələcəkdə daha yüksək pensiya almağa şərait yaradır”.

Qeyd edək ki, 2025-ci ildən minimum pensiya məbləği 320 manatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

End of content

No more pages to load

RADİO