Xaricə 2 manata ixrac olunan pomidor Bakıda 6 manata SATILIR – QİYMƏT MÜƏMMASI

Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 36 101 ton pomidor ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 952 ton və ya 12,3 faiz çoxdur.

Lakin ixracın dəyərində azalma müşahidə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Pomidor daha da BAHALAŞACAQ


Belə ki, 2025-ci ildə pomidor ixracından ölkəyə daxil olan valyuta 44,6 milyon dollar təşkil edib, bu isə 2024-cü ilin müvafiq göstəricisi olan 45 milyon dollarla müqayisədə 471 min dollar və ya 1 faiz azdır.

Həm ixrac həcminin artması, həm də gəlirin azalması fonunda 1 kiloqram pomidorun ixrac qiyməti də aşağı düşüb. 2024-cü ilin ilk üç ayında 1 kiloqram pomidor 2 manat 38 qəpikə ixrac olunurdusa, 2025-ci ildə bu göstərici 2 manat 10 qəpik olub. Beləliklə, orta ixrac qiyməti 28 qəpik və ya 11,9 faiz azalıb.

Bu il ümumi ixracın 0,70%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,77%-i pomidorun payına düşüb.

Daxili bazarda 5-6 manata satılan pomidor xaricə niyə 2 dəfə ucuz təklif olunur?

Mövzu ilə Bizim.Media-ya bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, pomidorun gömrükdə bəyan edilən dəyəri rəsmiləşdirilmiş qiymətdir:
 

“Yəni Azərbaycandan çıxarılarkən pomidorun qiyməti belə olub. Aparıldığı ünvanda pomidorun neçəyə satılacağı ilə bağlı məlumat verilmir. Məsələn Bakıda pomidorun kiloqramı 5 manatadır. Bu da təxminən 3 dollar deməkdir. 3 dollar da 240-250 rubl edir.


Nəzərə alaq ki, Rusiyanın mərkəzi şəhərlərində pomidorun kiloqramı 450-500 rubla satılır. Yəni gömrükdəki rəsmiləşdirilən qiymət bazardakı qiymət deyil. Bazara çıxarılanda qiymətlər 2-3 dəfə bahalaşır. Ona görə hesab etmirəm ki, pomidoru xaricə daha ucuz qiymətə satırlar. Burada qəliz mexanizmlər işləyir”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

End of content

No more pages to load

RADİO