İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuatda və televiziyalarda xəbərlərin, sayt və portalların təqib edilməsi xidmətlərinin göstərilməsi üçün elan etdiyi tender müsabiqəsinin qalibi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Dövlət Xidməti bu məqsədlə “Media Təqib Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Dövlət Xidməti MMC-yə bu işin müqavilində 3836 manat vəsait ödəyəcək.
Qeyd edək ki, mərkəzi ofisi Türkiyənin İstanbul şəhərində yerləşən Media Təqib Mərkəzi 1999-cu ildə yaranıb.
Xatirə, Bizim.Media