Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək – Maaşlar artacaq

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Bəs saatlıq minimum əmək haqqının tətbiq edilməsi işçilər üçün nə vəd edir? Bu tətbiqetmə onların maaşının artmasına töhfə verə bilərmi? Dünyada belə praktika necə işləyir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşların bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir:

“Saatlıq minimum əmək haqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşlarımızın bir neçə yerdə işləmə imkanları üçün vacibdir. Vətəndaşların bir neçə iş yerində çalışması onların yüksək əmək haqqı almasına gətirib çıxara bilər”.

Deputat vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur:
 

“Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına, beləliklə də, onların maaşlarının artmasına gətirib çıxarır.


Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ

Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

"Bitcoin"in qiyməti 74 min dolları ötdü

"Bitcoin"in qiyməti 74 min dolları ötdü

Müctəba Xamenei ölümdən necə qurtulub?

Müctəba Xamenei ölümdən necə qurtulub?

Çempionlar Liqası: Bu gün cavab oyunları keçiriləcək

Çempionlar Liqası: Bu gün cavab oyunları keçiriləcək

İran xalqına mesaj ünvanladı - VİDEO

İran xalqına mesaj ünvanladı - VİDEO

Tovuzda PARTLAYIŞ - 3 yaralı Bakıya gətirildi - FOTO

Tovuzda PARTLAYIŞ - 3 yaralı Bakıya gətirildi - FOTO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ağstafada ağır qəza: 3 yaralı var

Ağstafada ağır qəza: 3 yaralı var

İran millisi DÇ-2026-da iştirak edəcək - RƏSMİ

İran millisi DÇ-2026-da iştirak edəcək - RƏSMİ

DİN və FHN-dən ÇAĞIRIŞ: Bu ərazilərdə bayram tonqalı yandırmayın! – VİDEO

DİN və FHN-dən ÇAĞIRIŞ: Bu ərazilərdə bayram tonqalı yandırmayın! – VİDEO

Neftin qiyməti 150 dolları ÖTDÜ

Neftin qiyməti 150 dolları ÖTDÜ

Trampdan dünyanı qorxuya salan BƏYANAT – NATO İrana qarşı savaşa QOŞULUR?

Trampdan dünyanı qorxuya salan BƏYANAT NATO İrana qarşı savaşa QOŞULUR?

Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var – VİDEO

Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var – VİDEO

"Lotereyada pul udmusunuz" mesajı gəlsə, inanmayın - XƏBƏRDARLIQ

"Lotereyada pul udmusunuz" mesajı gəlsə, inanmayın - XƏBƏRDARLIQ

İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

Dağlıq ərazilərə qar yağıb – VİDEO

Dağlıq ərazilərə qar yağıb – VİDEO

Gəncədə avtomobil yandı – FOTO

Gəncədə avtomobil yandı – FOTO

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ

Tramp: “Müharibə tezliklə başa çatacaq” – VİDEO

Tramp: “Müharibə tezliklə başa çatacaq” – VİDEO

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? – İNFOQRAFİKA

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? – İNFOQRAFİKA

İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI

İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI

Onlar da doğma yurdlarına qayıdırlar - FOTO

Onlar da doğma yurdlarına qayıdırlar - FOTO

End of content

No more pages to load

RADİO