DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu İMZALANDI - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya İqtisadi Forumunun (DİF) idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatında görüşü çərçivəsində DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (DİF) idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatında görüşüb.

Görüşdə Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və texnologiya istiqamətində atılan addımlar qeyd edilib. Tərəfdaşlığın perspektivləri və potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Niyyət Məktubuna əsasən DİF İqtisadiyyat Nazirliyi ilə birgə dövlət və özəl sektorların nümayəndələrini bir araya gətirərək Azərbaycanın qlobal bilik və mübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərə dəstək olacaq. Bu təşəbbüs innovasiya və bacarıqların inkişafı sahəsində yeni imkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyır.
 

Bacarıqlar üzrə Akselerator Platformasının sürətlə dəyişən iqtisadiyyata uyğun insan kapitalının inkişafı üçün həllər təklif edəcəyi və dövlət-özəl əməkdaşlığını stimullaşdıracağı diqqətə çatdırılıb.


Qeyd edək ki, Dünya İqtisadi Forumunun Akselerator Platforması inklüziv inkişaf məqsədilə fəaliyyət göstərən milli səviyyəli dövlət-özəl əməkdaşlıq platformasıdır. Hazırda 40 ölkədə fəaliyyət göstərən DİF-in Akselerator platformaları müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq edərək əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirirlər.

Akseleratorlar DİF-in bir sıra platformalarının potensialından yararlanmaq imkanı əldə edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ

Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

"Bitcoin"in qiyməti 74 min dolları ötdü

"Bitcoin"in qiyməti 74 min dolları ötdü

Müctəba Xamenei ölümdən necə qurtulub?

Müctəba Xamenei ölümdən necə qurtulub?

Çempionlar Liqası: Bu gün cavab oyunları keçiriləcək

Çempionlar Liqası: Bu gün cavab oyunları keçiriləcək

İran xalqına mesaj ünvanladı - VİDEO

İran xalqına mesaj ünvanladı - VİDEO

Tovuzda PARTLAYIŞ - 3 yaralı Bakıya gətirildi - FOTO

Tovuzda PARTLAYIŞ - 3 yaralı Bakıya gətirildi - FOTO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ağstafada ağır qəza: 3 yaralı var

Ağstafada ağır qəza: 3 yaralı var

İran millisi DÇ-2026-da iştirak edəcək - RƏSMİ

İran millisi DÇ-2026-da iştirak edəcək - RƏSMİ

DİN və FHN-dən ÇAĞIRIŞ: Bu ərazilərdə bayram tonqalı yandırmayın! – VİDEO

DİN və FHN-dən ÇAĞIRIŞ: Bu ərazilərdə bayram tonqalı yandırmayın! – VİDEO

Neftin qiyməti 150 dolları ÖTDÜ

Neftin qiyməti 150 dolları ÖTDÜ

Trampdan dünyanı qorxuya salan BƏYANAT – NATO İrana qarşı savaşa QOŞULUR?

Trampdan dünyanı qorxuya salan BƏYANAT NATO İrana qarşı savaşa QOŞULUR?

Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var – VİDEO

Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var – VİDEO

"Lotereyada pul udmusunuz" mesajı gəlsə, inanmayın - XƏBƏRDARLIQ

"Lotereyada pul udmusunuz" mesajı gəlsə, inanmayın - XƏBƏRDARLIQ

İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

Dağlıq ərazilərə qar yağıb – VİDEO

Dağlıq ərazilərə qar yağıb – VİDEO

Gəncədə avtomobil yandı – FOTO

Gəncədə avtomobil yandı – FOTO

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ

Tramp: “Müharibə tezliklə başa çatacaq” – VİDEO

Tramp: “Müharibə tezliklə başa çatacaq” – VİDEO

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? – İNFOQRAFİKA

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? – İNFOQRAFİKA

İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI

İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI

Onlar da doğma yurdlarına qayıdırlar - FOTO

Onlar da doğma yurdlarına qayıdırlar - FOTO

End of content

No more pages to load

RADİO