Azərbaycan hərbçiləri Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca dağlarında mühəndis işlərinə başlayıblar, postlarına gedən yolu çəkirlər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Yuxarı Şorca kəndinin başçısı Artem Yeranosyan “news.am”ın müxbirinə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfində işləyən texnika aydın görünür:
“İndi azərbaycanlılar dağ yamacında maşınlarla hərəkət edirlər”.
Yeranosyan “Kəndlilər mal-qaranı otlaqlara apara bilirmi, hər hansı bir insident baş veribmi?” sualına belə cavab verib:
“Otlaqların əksəriyyəti düşmənin nəzarətindədir. Ancaq kəndlilərin istifadə etdikləri bəzi otlaqlar var”.
Bizim.Media