İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsində AİB ilə əməkdaşlıq yüksək qiymətləndirilib, enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.
AİB tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.
Bizim.Media