Mebel bazarında vəziyyət necədir?

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 150 milyon 114 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.2 faiz və ya 29 milyon 267 min ABŞ dolları çoxdur. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin ilk 11 ayında ölkədə 335.4 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.5 faiz çoxdur.

Beləliklə, hesabat dövründə mebel istehsalı idxalı 31.4 faiz üstələyib. Bəs mebel bazarında vəziyyət necədir?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İnsanlar yerli istehsala üz tuturlar

Mebel şirkəti rəhbəri Ülkər Ağalarova da bu sahədə yerli istehsalın idxalı sıxışdırdığını təsdiqləyir: "Bəli, bu göstəricilər doğrudur. Həqiqətən də hazırda bazarda daha çox yerli istehsala üstünlük verilir. İdxalı sıxışdıran əsas məqam insanların zövqlərinin dəyişməsidir. Artıq insanlar evlərində qabarıq mebelləri istəmirlər. İdxal olunan mebellər hamısı bir əldən çıxmış dəstlər idi. Hazırda evlərin layihələri fərqli ölçülərdədir. Ölçülər uyğun gəlmədiyi üçün insanlar da yerli istehsala və sifarişlə hazırlanan məhsullara üz tuturlar. Bu halda idxala olan tələbat tədricən azalır. Hətta bəzi xarici mebelləri satan mağazalar da artıq özləri istehsal edirlər".

"Hər bir avadanlıq üzrə ixtisaslaşmış ölkələr var"

Ü.Ağalarovanın sözlərinə görə, xammal digər ölkələrdən gətirilir, mebel isə ölkəmizdə yığılır: "Rəng və digər kiçik avadanlıqların hər biri xaricdən idxal edilir. Yerli məhsul istehsalımız demək olar ki, yoxdur. Yerli "petlə", "MDF" istehsalı yoxdur. Bəziləri olsa da, keyfiyyətləri aşağı olduğu üçün onlara üstünlük verilmir. Yalnız yerli taxta, quru emal olunmuş ağac mövcuddur. Qalan aksesuarlar, mexanizmlər Türkiyə, Rusiya, Belarus, Çindən idxal edilir. Dünyanın heç bir ölkəsində mebel sıfırdan istehsal edilmir. Hər bir avadanlıq üzrə ixtisaslaşmış ölkələr var ki, digər ölkələr hamısı oradan məhsul gətirir. Əksəriyyət də Çindən alır".

"Xarici məhsuldan heç də geri qalmır"

Sahibkar deyir ki, hazırda bazarda istənilən qiymətə həm yerli, həm də xarici mebel tapmaq mümkündür: "Mağazalarda gördüyümüz məhsulların 70 faizi yerli istehsaldır. Yerli məhsulların qiyməti heç də xarici məhsullardan geri qalmır. Bəzən yerli istehsal mebeli yığılır və 15 min dollara başa gəlir. Özəl hazırlandığı üçün daha çox zəhmət, vaxt tələb edir. Bizim məhsullarımızın keyfiyyəti heç də xarici məhsuldan geri qalmır. Hətta ağacımız daha keyfiyyətlidir deyə bilərik".

Ustalar öz üzərlərində işləmirlər

Müsahibimiz istehsalı inkişaf etdirmək üçün atılmalı olan addımlardan da danışdı: "İstehsalın inkişafı üçün aparatlar keyfiyyətli olmalıdır. Onların da qiyməti bahadır. Bəzi sahibkarlar bu aparatlara pul vermək istəmirlər. İstehsalda çatışmayan ustalardır. Onlar da daha çox qazanmağa yönəlir. Gələcəklə bağlı düşünmürlər. Ustalar da biliklərini artırmalıdırlar. Yeni texnikaları öyrənsələr, davamlı inkişafa yönəlsələr çatışmazlıqlar aradan qalxar. Yaxşı ustalar yetişdirmək üçün də dəstək lazımdır".

Hansı ölkələrə mebel satırıq?

Ü.Ağalarovanın sözlərinə görə, istehsaldakı problemlər aradan qalxdıqdan sonra xarici ölkələrdə tanınmağımız da mümkündür: "Yaxın və Orta Şərq bazarına rahatlıqla çıxa bilərik. Məsələn, digər ölkələrin mebel şirkətləri sadə bir qonaq dəstini ərəb turistlərə 50-60 min dollara satırlar. Xaricə çıxan mebellərimiz var. Bizim bağ mebelləri Rusiyaya ixrac edilir. İxracı daha da genişləndirə bilərik. Bunun üçün də dövlət dəstəyi önəmlidir. Məsələn, Özbəkistan bazarı çox aktualdır. Çünki orada evlə bağlı hər şey bahadır".

"Yerli məhsul daha ucuz başa gəlir"

Biznes və marketinq mütəxəssisi Hikmət Əliyevin fikrincə, yerli istehsal dedikdə sifarişlə hazırlanan məhsullar nəzərdə tutulur: "İnsanlar əvvəl daha göstərişli mebel istəyirdilərsə, indi minimalist stilə keçid ediblər. Əvvəl sadəcə mətbəx mebeli yığdırılırdı, qalanları alınırdı. Hazırda hətta yataq otağında olan əşyaları belə zövqlərinə uyğun yığdırmağa üstünük verirlər".

H.Əliyev deyir ki, qiymətlər bazardakı tələb və təklif əsasında formalaşır: "Burada markanın mövqelənməsi çox önəmlidir. Çünki elə salon var ki, 10 min manatlıq məhsulu 100 min manata da sata bilir. Amma hər bir halda yerli məhsul daha ucuz başa gəlir. Çünki işçi qüvvəsi ucuzdur, vergilər münasibdir. Avropada məhsulun ərsəyə gəlməsi daha bahadır".

"İtalyan mebellərini ölkəmizdə istehsal etmək çətindir"

Ekspertin sözlərinə görə, mebellərin keyfiyyəti daha çox ustalıqdan asılıdır: "Əvvəl bizdə usta sayı çox az idi. Amma hazırda bu sahədə xeyli ixtisaslı mütəxəssis var. Onlar xarici mebellərdən daha keyfiyyətli məhsullar da hazırlaya bilirlər. Bəzi istisnalar da var. Məsələn, italyan mebellərini ölkəmizdə istehsal etmək çətindir. Çünki onların boyanması belə fərqlidir. Həm də keyfiyyətli məhsul üçün yüksək məbləğ də tələb olunur. Azərbaycanda bir sex Türkiyəyə il ərzində 300 min dollarlıq mebel satır. Lənkəranda bir sex Almaniyaya mebel ixrac edir. Əvvəl Türkiyə Rusiyadan ağac məhsulları idxal edirdi, mebel halına salıb, bizə satırdılar. Amma hazırda özümüzün Rusiyadan ağac məhsulu alıb mebel halına salmağımız daha sərfəlidir".

H.Əliyev bu sahədəki problemlərdən də bəhs etdi: "Yerli bazarda kifayət qədər mebel şirkəti və istehsal mövcuddur. Amma bu sahədə fokuslanmalı olduğumuz məsələ ixracdır. Çatışmayan odur ki, mebel sexləri işçi tapa bilmirlər. Xammalın əlçatanlığı məsələsi də problemdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

"Bitcoin"in qiyməti 74 min dolları ötdü

"Bitcoin"in qiyməti 74 min dolları ötdü

Müctəba Xamenei ölümdən necə qurtulub?

Müctəba Xamenei ölümdən necə qurtulub?

Çempionlar Liqası: Bu gün cavab oyunları keçiriləcək

Çempionlar Liqası: Bu gün cavab oyunları keçiriləcək

İran xalqına mesaj ünvanladı - VİDEO

İran xalqına mesaj ünvanladı - VİDEO

Tovuzda PARTLAYIŞ - 3 yaralı Bakıya gətirildi - FOTO

Tovuzda PARTLAYIŞ - 3 yaralı Bakıya gətirildi - FOTO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ağstafada ağır qəza: 3 yaralı var

Ağstafada ağır qəza: 3 yaralı var

İran millisi DÇ-2026-da iştirak edəcək - RƏSMİ

İran millisi DÇ-2026-da iştirak edəcək - RƏSMİ

DİN və FHN-dən ÇAĞIRIŞ: Bu ərazilərdə bayram tonqalı yandırmayın! – VİDEO

DİN və FHN-dən ÇAĞIRIŞ: Bu ərazilərdə bayram tonqalı yandırmayın! – VİDEO

Neftin qiyməti 150 dolları ÖTDÜ

Neftin qiyməti 150 dolları ÖTDÜ

Trampdan dünyanı qorxuya salan BƏYANAT – NATO İrana qarşı savaşa QOŞULUR?

Trampdan dünyanı qorxuya salan BƏYANAT NATO İrana qarşı savaşa QOŞULUR?

Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var – VİDEO

Bu ölkə VURULDU - Yüzlərlə ölən və yaralanan var – VİDEO

"Lotereyada pul udmusunuz" mesajı gəlsə, inanmayın - XƏBƏRDARLIQ

"Lotereyada pul udmusunuz" mesajı gəlsə, inanmayın - XƏBƏRDARLIQ

İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

İran XİN rəsmisi Müctəba Xameneinin son vəziyyətini AÇIQLADI

Dağlıq ərazilərə qar yağıb – VİDEO

Dağlıq ərazilərə qar yağıb – VİDEO

Gəncədə avtomobil yandı – FOTO

Gəncədə avtomobil yandı – FOTO

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ

Tramp: “Müharibə tezliklə başa çatacaq” – VİDEO

Tramp: “Müharibə tezliklə başa çatacaq” – VİDEO

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? – İNFOQRAFİKA

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? – İNFOQRAFİKA

İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI

İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI

Onlar da doğma yurdlarına qayıdırlar - FOTO

Onlar da doğma yurdlarına qayıdırlar - FOTO

BİZİM TƏQVİM: Martın 17-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Martın 17-də baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO