Azərbaycanda üç dövlət qurumu birləşdirilir: Geniş islahatlara START VERİLİR

Azərbaycanda üç dövlət qurumunun birləşdiriləcəyi gözlənilir. 

Bizim.Media xəbər verir ki, etibarlı mənbələrdən “AzPolitika”ya daxil olan məlumata görə, hökumətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin vahid qurumda birləşdirilməsi ilə bağlı müzakirələr aparılır. 

Qeyd olunur ki, yaxın zamanlarda müzakirələr yekunlaşacaq və ölkə başçısı tərəfindən müvafiq qərarlar veriləcək. 

Bu qurumlar əmlak sektorunda dövlət siyasətinin icrasını həyata keçirir. 

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirir. 

Həmçinin ƏMDX-nin:  

-müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; 

-müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; 

-dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; 

-Dövlət Əmlakının Reyestrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək və s. kimi çoxsaylı vəzifləri var. 
 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edərək bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edərək ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir. 


Komitə şəhərsalma və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir.

Həmçinin respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılması, bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etmək, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işinə daxildir. 

Komitə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini də (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) həyata keçirir. 
 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 


Mənbə bildirir ki, dövlət qurumlarının birləşdirilmə ehtiyacı əmlak sahəsinin idarə olunmasında çoxsaylı bürokratik əngəllər, korrupsiya, rüşvət və s. neqativ əməllərin qarşısının alınması, dövlət siyasətinin daha çevik mexanizmlərlə həyata keçirilməsi ehtiyacından irəli gəlir. Gözlənilir ki, hər üç qurumun ehtiyac olmayan çoxsaylı strukturları, ştat vahidləri ciddi ixtisarlara məruz qalacaq və müasir texnolgiyalara əsaslanan çevik idarəetmə qurumları təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

“JEK pulu” nə qədər olmalıdır?

“JEK pulu” nə qədər olmalıdır?

İranın raket arsenalı və zavodları darmadağın edildi

İranın raket arsenalı və zavodları darmadağın edildi

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Qızıl KƏSKİN BAHALAŞDI

Qızıl KƏSKİN BAHALAŞDI

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

End of content

No more pages to load

RADİO