Yeni Dövlət Proqramı: Bakıda sıxlıq azalacaqmı?

“Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Bu baxımdan proqramıın icrası nəticəsində şəhərdaxili sıxlığın azaldılması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırılması hədəflənir”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, proqramda diqqətiçəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır: 

“Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir. Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mobilliyin gücləndirilməsi kimi tədbirlər ilə yanaşı, piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur.

Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında “yaşıl” və “qırmızı” xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur”. 

V.Bayramov əlavə edib ki, proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur: 

“Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir.
 

Eyni zamanda, inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir. 


Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin Sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur”. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

“JEK pulu” nə qədər olmalıdır?

“JEK pulu” nə qədər olmalıdır?

İranın raket arsenalı və zavodları darmadağın edildi

İranın raket arsenalı və zavodları darmadağın edildi

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Qızıl KƏSKİN BAHALAŞDI

Qızıl KƏSKİN BAHALAŞDI

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

End of content

No more pages to load

RADİO