Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumu KEÇİRİLDİ - FOTO

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib.

Bizim.Media nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

Biznes-forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər.

Tədbirdə Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib.

Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarımızın liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu var. TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.
 

Bildirilib ki, indiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də, Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Qeyd olunub ki, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard dollaradək investisiya yatırılıb.


Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib.

Biznes-forumda Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin getdikcə artdığı vurğulanıb. Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür.

Bildirilib ki, Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılışı ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq nümunəsidir.
 

Forumda Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.


Tədbirdə TOBB-un prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin Prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru vəzifəsini icra edən Mansurcan Rasulev ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika potensialı, həmçinin biznes üzrə işbirliyinin inkişafı üçün birgə imkanlara dair məlumat veriblər.

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

“JEK pulu” nə qədər olmalıdır?

“JEK pulu” nə qədər olmalıdır?

İranın raket arsenalı və zavodları darmadağın edildi

İranın raket arsenalı və zavodları darmadağın edildi

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Qızıl KƏSKİN BAHALAŞDI

Qızıl KƏSKİN BAHALAŞDI

End of content

No more pages to load

RADİO