DİQQƏT: Pensiyalar BU TARİXDƏN artırılmış məbləğdə veriləcək

“Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək. Həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.

İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötənilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb.

Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötənilki fəaliyyətinin nəticələri qeyd olunub. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən edilən 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib.

Əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, “Əmək və Məşğulluq” altsisteminin funksionallığının artırılması, işəgötürənlərin əmək qanunvericiliyi barədə maarifləndirilməsi və s. sahələrdə atılan addımlar diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son bir ildəki fəaliyyətinə dair məlumat verilib.
 

DSMF-nin gəlirlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 345 mln. manat (5 faiz) çox olmaqla 7 mlrd. 20 mln. manat, Fondun xərclərinin isə əvvəlki ilə nisbətən 808 mln. manat (13 faiz) çox olmaqla 6 mlrd. 889 mln. manat təşkil etdiyi bildirilib. Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ötən il əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çox olmaqla 8 mlrd. 846 mln. manat ödənildiyi qeyd olunub.


Nazirliyin digər fəaliyyət sahələrində ötən il görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

End of content

No more pages to load

RADİO