Azərbaycanda benzinin qiyməti qalxıb.
Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, bu gündən Aİ-95 premium markalı benzinin qiyməti 1.40 qəpik olub.
Xatırladaq ki, bu vaxtadək Aİ-95-in qiyməti 1.25 qəpik təşkil edib.
İnformasiyanın doğruluğunu yoxlamaq üçün əməkdaşlarımız səhər saatlarında bəzi yanacaq doldurma məntəqələrinə üz tutub və bütün markalı benzinlərin qiymətlərinin stenddən götürüldüyünü müşahidə ediblər. Məntəqədə çalışan şəxslər isə deyilənlərin dəqiq olduğunu bildiriblər.
Tarif Şurasının bununla bağlı hələlik rəsmi qərarı açıqlanmayıb.
Bizim.Media