Azərbaycana süni ət idxal olunur? – ŞOK İDDİA

Bir neçə ölkədə yeni üsullarla süni ət əldə edirlər. Sinqapur 2020-ci ildə süni ət satışına icazə verən ilk ölkə olub. 2021-ci ildə İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib.

Bəzi tədqiqatlara görə, yaxın beş ildə laboratoriya şəraitində təşkil olunan ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət aparacaq. 2040-cı ildə isə dünya ət bazarında süni ətin xüsusi çəkisinin 35 faizə çatacağı proqnozlaşdırlır.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə OLDU 


Hələki Azərbaycanda süni ətin əldə edilməsi ilə bağlı məlumatlara rast gəlinmir. Lakin istehlakçılar ölkəyə idxal olunan ət məhsullarında, kolbasa və sosislərdə süni ətdən istifadə olunduğunu iddia edirlər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı Bizim.Media danışıb.

O deyib ki, Azərbaycanda süni ət istehsalına qadağa yoxdur:

“Azərbaycanda süni kürü istehsalı neçə illərdir mövcuddur. Ölkədə süni ət istehsalı yoxdur və əmtəə bazarında süni ət satılmır. Bu, digər ölkələrdə mövcuddur. Amma buna qadağa da yoxdur, hansısa müəssisə müəyyən texniki şərtlərlə bunu istehsal edə bilər. Azərbaycanda süni düyü, süni yumurta da yoxdur.

Bəzən əhali arasında bunların ölkəmizdə olması ilə bağlı məlumatlar yayılır, amma bunlar Azərbaycanda yoxdur. Qidaların təhlükəsizliyinə dövlət orqanları tərəfindən nəzarət olunur. Əgər kimsə mənə süni düyü, süni ət və yaxud süni yumurtanın nümunəsini gətirərsə, ona qiymətli hədiyyə verərəm”.

Sədr ölkəyə gətirilən ət məhsullarında süni ətdən istifadənin mümkün olduğunu bildirib:

“Xarici ölkələrdən gətirilən ət məhsullarının tərkibində qarışıq şəkildə süni ətin olması istisna olunmur. Bunu da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdıra bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Sürücülərə texniki müayinə ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

ŞOK: ABŞ-ın ən güclü aviadaşıyıcısında yanğın oldu

“JEK pulu” nə qədər olmalıdır?

“JEK pulu” nə qədər olmalıdır?

İranın raket arsenalı və zavodları darmadağın edildi

İranın raket arsenalı və zavodları darmadağın edildi

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Əlcəzairin hərbi təyyarəsi Ermənistandan keçməklə Azərbaycana uçub

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Qızıl KƏSKİN BAHALAŞDI

Qızıl KƏSKİN BAHALAŞDI

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

Bu BÜRCLƏR tezliklə taleyi ilə qarşılaşacaq

End of content

No more pages to load

RADİO