İşçiyə xəstəliyə görə nə qədər pul verilməlidir?

Orqanizmdən asılı olaraq heç də hamı xəstəliyi “ayaq üstə” keçirə bilmir. İnfeksion xəstəliklə yanaşı, digər narahatlıqlar çalışanları işdən qalmağa vadar edir. Bu məsələ işçilərə həmin günlər üzrə ödənişi aktuallaşdırır. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qanunvericiliyə görə, məcburi dövlət sosial sığortası üzrə ödəniş edən şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ var. Bu hüquq azı 6 ay iş stajı olan şəxslərə şamil edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin olunur. 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir: 

- Xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə; 

- Sanatoriya-kurort müalicəsi zamanı; 

- Xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda; 

- Epidemioloji hallarda karantin zamanı; 

- Vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman; 

- Protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə və digər hallarda. 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin gəlirlərinə əsasən hesablanır. Əsas iş yerindən əlavə gəlir əldə edən şəxsə müavinət işəgötürənin vəsaiti hesabına ilk 14 gün üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət işçinin bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Xəstəliyin ilk 14 günü üçün müavinət işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 gün üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq hər dəfə işəgötürənin vəsaiti, qalan günlər üçün isə sosial sığorta haqları hesabına verilir. Ümumilikdə, sözügedən müavinət 6 aya qədər dövr üzrə ödənilir. 

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 (tam) aydakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ay ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. 

Bir iş gününə düşən orta gündəlik qazanc aşağıdakı şərtlərdən asılı olaraq faiz tətbiq edilməklə birgünlük müavinət müəyyən olunur.  

Gəlirin 100 faizi:  

- 12 il və daha çox sosial sığorta stajı olan işçilərə; 

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə; 

- Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsi zamanı xəsarət almış şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə; 

- Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına;  

- Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; 

- Qanyaradıcı orqanların, qalxanvari vəzinin, bəd xasiyyətli şişlərin xəstəliyi zamanı; 

- Əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara; 

- Hemofiliya və talassemiya irsi qan xəstəliyi olan şəxslərə; 

- Qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə; 

- Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə. 

Bundan başqa, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir. 

Gəlirin 80 faizi miqdarında: 

- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə; 

- 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan ata-anasız yetim uşaqlara; 

Gəlirin 60 faizi miqdarında: 

- 8 ilədək sosial sığorta stajı olan işçilərə; 

Alınan göstərici gündəlik əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə müavinətin ümumi məbləği tapılır. 

Məsələn, işçi 21.01.2025-ci il tarixindən 24.01.2025-ci il tarixinə kimi xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə müavinətin məbləğini hesablayaq. 
 

5 il sığorta stajı olan işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində 4 iş günü var. Əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda (2024-cü ilin Yanvar-Dekabr ayları) 239 iş günü var. Bu müddət ərzində işçinin gəlirinin 13 500 manat olmasını nəzərə alanda günlük qazancı 56,96 manat təşkil edir. 5 il iş stajı halında bir gün üçün müavinətin məbləği 34,18 manat, 4 gün üçün isə 136,72 manat olacaq.   


Şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda əmək fəaliyyəti olmayıbsa, minimum əməkhaqqının məbləğinin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. 

Eyni zamanda məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda gəlir məbləğinə daxil edilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

End of content

No more pages to load

RADİO