Göyçayda POMİDOR BÖHRANI – Cavid Qurbanov 160 vaqon verəcəyini vəd edib, ƏGƏR...

Göyçay rayonundan pomidor ixracına əngəl olan əsas məqam üzə çıxıb.

Xatırladaq ki, bir qədər əvvəl rayon icra hakimiyyətinə və Göyçaydan seçilən millət vəkillərinə etirazlarını bildirmək istəyən istehsalçılar məhsulun ölkə xaricinə çıxarılmasına süni əngəllərin yaradıldığını bildiriblər.  

Onların şikayətləri eşidilibmi? Göyçay Rayon İcra Hakimiyyəti  problemlə maraqlanıbmı, problemin həlli üçün hansısa təkliflər irəli sürülübmü? 
 

MÖVZU İLƏ BAĞLI:

Pomidor ixracı xaricə çıxarılan məhsullar arasında liderliyini qoruyub saxlayır


Göyçaydan olan fermer Aydın Əliyev Bizim.Media-ya açıqlamasında narazı fermerlərin beş nəfərlik nümayəndəsinin rayonun icra başçısı Mehdi Səlimzadənin qəbulunda olduğunu bildirib: 

“Mehdi Səlimzadə üç qurumun – Kənd Təəssərüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliklərinin səlahiyyətliləri ilə əlaqə saxladı, selektor vasitəsi ilə biz də həmin danışıqları eşitdik. Daha sonra Dövlət Aqrar İnkişaf Mərkəzində görüş keçirildi. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, kənd təssərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qida Təhlükəsizlik Agentliyinin rəhbəri Qoşqar Təhməzli həmin görüşdə onlayn şəkildə iştirak etdilər. Səfər Mehdiyev bildirdi ki, Azərbaycanın sərhədində 1733 TIR maşını tranzit olaraq ölkədən keçən maşınlarla eyni sırada dayanıb gözləyir. Azərbaycandan gündəlik olaraq 500 maşın keçə bildiyi halda Rusiya tərəfi 200 maşın qəbul edir. Buna görə də bir maşının ordan keçməsi 10-12 gün çəkir. Sahibkarlar isə bildirdilər ki, AQTA-dan məhsul üçün sertifikat almaqda çətinlik çəkdikləri üçün maşınlar keçid məntəqəsində ləngiyir”.

Aydın Əliyev problemin kökünü belə izah edib:

“Hər il məhsul KAMAZ maşınları ilə Yalama stansiyasına aparılırdı, orada vaqonlara yığılaraq, Rusiyaya keçirilirdi, vaqondan maşınlara yüklənirdi və və istənilən bazara cəmi 5 günə çatdırılırdı. Amma indi qatarlar fəaliyyət göstərmir, maşınlar isə Samur keçid məntəqəsində gözləməli olurlar. Rusiya tərəfindən isə pomidorun bazara çıxarılması üçün AQTA-nın sertifikatı tələb olunur”.

Aydın Əliyev bildirib ki, bir qədər əvvəl AQTA-nın yerli təşkilatının nümayəndələri Göyçaylı fermerlərə Rusiyaya məhsul çıxarmağı asanlaşdırmaq üçün sertifikat almağı təklif edib:

“Amma məlum oldu ki, rayonda pomidor 10-15, ən yaxşı halda 25 sotluq istixanalarda istehsal olunur. Agentlikdən isə bildirdilər ki, sahə 1 hektar olmadığı üçün sertifikat verə bilmirlər. Yəni problemin kökündə dayanan məsələ də budur. 1 hektarlıq sahəmiz olmadığı üçün AQTA bizə sertifikat vermir, sertifikatımız olmadığı üçün isə Rusiya tərəfi məhsulumuzu qəbul etmir. 1 hektar pomidor istehsalı üçün istixana yaratmaq isə ən azı 500 min manat vəsaitə başa gəlir. Görüşdə də bizə irad bildirlər ki, niyə vaxtında müraciət etməmişik”.

Aydın Əliyevin sözlərinə görə, Cavid Qurbanov görüş zamanı bildirib ki, məhsulun Rusiyaya keçidinin reallaşdırılması üçün AQTA icazə verdiyi təqdirdə 160 vaqon ayrıla bilər: 

“Bizə də lazımdır ki, məhsul Rusiya tərəfinə keçsin. Keçəndən sonra orada vaqondan malı yükləmək üçün maşınlar növbəyə dayanır”.

Fermer sonunda qeyd etdi ki, pomidor ixracına yaradılan əngəlin aradan qaldırılması üçün dövlətin müdaxiləsinə ehtiyac var.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO