Bu şəxslərin də maaşları artırıldı - MƏBLƏĞLƏR/FOTO

Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Minimum əməkhaqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pillələri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşlarımızın aylıq tarif (vəzifə) maaşları artırılıb.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O bildirib ki, son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: "1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497 manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb".

Deputatın sözlərinə görə, göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artırılıb:

"Aşağı pillələrdə daha yüksək əməkhaqqı artımlarının həyata keçirilməsi VTC-də pillələrarası maaş fərqlərini də xeyli dərəcədə azaldıb.

Yeni qərarla 400 mindən artıq vətəndaşımızın maaşları artırıldı. Qeyd edək ki, minimum əməkhaqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əməkhaqlarının artırılması ilə bağlı qərar verir".

Vüqar Bayramov qeyd edib ki, bu artımlar yanvarın 1-dən hesablanacaq:

"Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğ ilə alacaqlar".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

SON DƏQİQƏ: Əli Laricani öldürüldü

SON DƏQİQƏ: Əli Laricani öldürüldü

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 1500 manat CƏRİMƏ OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Dilənçilik edənlər HƏBS OLUNACAQ

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

Uşağını döyən valideynlər CƏRİMƏLƏNƏCƏK

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

İran hakimiyyətində parçalanma əlamətləri görünmür – “The Washington Post”

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Bakıda 57 yaşlı qadın dəm qazından VƏFAT ETDİ

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanılıb – VİDEO

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

Bu şəxslər vurduğu zərəri tam ödədikdə məsuliyyətdən AZAD OLUNACAQ

Bu şəxslər vurduğu zərəri tam ödədikdə məsuliyyətdən AZAD OLUNACAQ

Sabahın HAVASI: 17 dərəcə isti, çiskin... – PROQNOZ

Sabahın HAVASI: 17 dərəcə isti, çiskin... – PROQNOZ

“Neftçi” bu futbolçu ilə yeni müqavilə BAĞLAYACAQ

“Neftçi” bu futbolçu ilə yeni müqavilə BAĞLAYACAQ

Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

Xalq artistinin rejissor qardaşı vəfat etdi

Xalq artistinin rejissor qardaşı vəfat etdi

“Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

“Azərbaycanda Kino sənaye parkı yaradılacaq” – Nazir müavinindən AÇIQLAMA

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib – FOTO

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib – FOTO

Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı – YENİ TƏYİNAT

Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı – YENİ TƏYİNAT

End of content

No more pages to load

RADİO