Müasir Ağdam belə olacaq - Baş Planın DETALLARI - FOTO

Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfər edib. Səfər zamanı dövlət başçısına  şəhərinin baş planı təqdim olunub.

Bizim.Media xəbər verir ki, baş plana əsasən  Müasir Ağdam köhnə Ağdam şəhərinin özü və Ağdam rayonunun yaxınlığındakı 8 kəndi əhatə edəcək.  
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistan ərazisində Zəngəzur koridorunun önəmli hissəsi inşa edilməlidir" – İLHAM ƏLİYEV


Ağdamın ərazicə ölçüsü 1750 hektar, əlavə şəhərətrafı yaşıl zona (bağlar) ilə birlikdə isə 2450 hektar olacaq.

Şəhərin əhalisi 100 min nəfər təşkil edəcək ki, bu da, Ağdamı Qarabağın ən böyük şəhəri olmaqla, Azərbaycanın 6-cı ən meqa yaşayış məskəni edəcək.

Əhalinin 70%-i çoxmənzilli binalarda, 30% -i fərdi evlərdə yaşayacaq. Şəhərdə 1750 fərdi yaşayış binası olmaqla yanaşı, çoxmənzilli binalarda 23 min mənzilin olması nəzərdə tutulub.

Şəhər ərazisinin 23% -i meşə və park zonalarından (yaşıl zona) ibarət olacaqdır. Ağdamda əlavə (125 ha) meşə zolağı da salınacaq. Məşğulluğun davamlılığını təmin etmək üçün şəhərin yaxınlığında bir sənaye sahəsi (sənaye parkları) inşa ediləcək. Şəhərdə süni gölün yaradılması da planlaşdırılır. Həmçinin, şəhərdən 2 kanal keçəcək və bu kanalların üzərində keçid üçün körpülər inşa ediləcək. Müasir Ağdam tarixi mərkəz, inzibati, yaşayış, yaşıl və sənaye/kənd təsərrüfatı zonalarına bölünəcək.  Tarixi mərkəz əsasən "İmarət" saray kompleksini, Qarabağ xanlarının məqbərəsini, Şahbulaq qalasını və yeni məscidi əhatə edəcəkdir. Mərkəz Qarabağ şəhərlərinin ənənəvi memarlığına uyğun olaraq inşa ediləcək.

İdarəetmə mərkəzi bir futbol stadionundan (30 min nəfərlik), bələdiyyə binalarından, teatrdan, konsert salonundan və Qarabağ Universitetindən ibarət olacaqdır. Qələbənin şərəfinə xatirə muzeyi olacaq bir park və açıqhava konsert salonu da inşa ediləcək.

Şəhər ətrafında sərmayəçilər üçün parklar və turistlər üçün otellər olacaqdır. Şimaldan şəhər bağları Şahbulaq bulağına birləşdiriləcəkdir. Ağdam bütövlükdə kənd təsərrüfatı turizminin inkişafına yönələcək. Hər bir fərdi evə kənd təsərrüfatı ehtiyacları üçün 4-5 hektar torpaq sahəsi ayrılacaqdır. Hər evin altına su təchizatı sistemləri quraşdırılacaqdır. Suqovuşan və Xaçınçay su anbarları, o cümlədən artezian bulaqları su təchizatı üçün istifadə ediləcək.

Ağdam şəhərinin nəqliyyat planı Portuqaliyanın Lissabon şəhərindən ilham alınaraq planlaşdırılmışdır. Şəhərin müxtəlif istiqamətdən 6 giriş-çıxışı olacaq. Piyadalara üstünlük veriləcək. Şəhərdə geniş bir piyada və velosiped yolları şəbəkəsi olacaq.

Şəhərdə dairəvi nəqliyyat sistemi istifadəyə veriləcək. Magistral yollardan başqa, öz ayrıca xətti olan tramvay şəbəkəsi də salınacaq.

Bundan əlavə müasir Ağdama “Ağıllı şəhər” konsepsiyası tətbiq ediləcək.  Şəhərdəki hər bina məktəb və xəstəxanadan 350 metr məsafədə yerləşəcək. 

Qeyd edək ki, plan əsas etibarilə Azərbaycan, Türkiyə, Israil, ABŞ, Böyük Britaniya, Kanada, Hollandiya və Almaniyadan olan şirkətlərin köməyi ilə həyata keçiriləcək.

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

End of content

No more pages to load

RADİO