Pensiya və maaşlar nə vaxtdan artımla ÖDƏNİLƏCƏK? - FOTO

“2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, bu aydan bır sıra artımlar qüvvəyə minib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Facebook" hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Maaşlar 16 faizə qədər artırılıb – RƏSMİ


Onun sözlərinə görə, Azərbaycanda 3 milyon vətəndaşı əhatə edəcək sosial paketinin əsas elementlərindən biri də məhz maaş artımlarıdır:

“Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq, bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əməkhaqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar.

Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək”.

V.Bayramov pensiya artımları ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.

2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Qeyd edim ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.

Minimum pensiya məbləği isə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar”.

Deputatın sözlərinə görə, Prezidentin digər sərəncamı ilə isə bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb:

“Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir.

Artımların ödənilməsinə gəldikdə isə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni, əgər vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə, o artırılmış məbləğlə yardımı bu aydan alacaq.

Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sənədə əsasən, Nazirlər Kabineti (NK) sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etməlidir. NK tərəfindən təkliflər təqdim olunduqdan sonra müavinət və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalancaq. Bununla da müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

SEPAH başsız qaldı - General qardaşlar öldürüldü

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Koreya XİN Azərbaycana təşəkkür etdi – FOTO

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Ermənistan nümayəndələri Azərbaycana gələcək

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yelkənli qayıqlar Novruz şənliyində Xəzərin sularını bəzəyəcək – FOTO/VİDEO

Yumurta BAHALAŞACAQ?

Yumurta BAHALAŞACAQ?

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dünyanın ən böyük neft yataqlarından birinə hücum edildi – VİDEO

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

Ata ilə qızının məhkəməsində ilginc ifadələr: "Oğlunu öldürmüşük, növbə sənindir"

55 yaşlı sürücü sükan arxasında öldü

55 yaşlı sürücü sükan arxasında öldü

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Polis vətəndaşları yanğından belə xilas etdi – VİDEO

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i imtahandan KEÇDİ

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Hansı müğənniləri və aparıcıları efirdə görmək istəmirsiniz? – VİDEOSORĞU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Netanyahunun Laricaninin ölüm əmrini verdiyi anın FOTOSU

Laricaninin ölüm xəbərindən sonra məktubu paylaşıldı - FOTO

Laricaninin ölüm xəbərindən sonra məktubu paylaşıldı - FOTO

"Oleq Bakinski" ilə birgə təqsirləndirilən Ukraynanın sabiq nazir müavini ilə bağlı QƏRAR

"Oleq Bakinski" ilə birgə təqsirləndirilən Ukraynanın sabiq nazir müavini ilə bağlı QƏRAR

Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

İran Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verdi

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

Aİ Ukraynanın üzvlük şərtlərini açıqladı

SON DƏQİQƏ: Əli Laricani öldürüldü - VİDEO

SON DƏQİQƏ: Əli Laricani öldürüldü - VİDEO

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

"Bəsic” komandiri Qulamrza Süleymani məhv edildi

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

Milli Məclis Prezident və birinci xanımı TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO