Avropanın QAZ BÖHRANI: Qitə ABŞ-nin enerji təsiri ALTINA DÜŞÜR

Avropa 2025-ci ilə çox ciddi enerji problemi ilə daxil olur. Rusiyanın “Qazprom” şirkəti yanvarın 1-dən etibarən Ukrayna marşrutu ilə qaz ixracını dayandırdı. Tərəflər arasında tranzit müqaviləsinin müddəti bitdiyindən və Kiyev müqaviləni uzatmaqdan imtina etdiyindən “Qoca qitə” ölkələri faktiki, qış mövsümünə qazsız girdilər. Uzun illər ərzində Rusiya ilə enerji sahəsində səmərəli əməkdaşlıq edən və bu ölkədən qaz asılılığını 40 faiz həddinə çatdıran avropalılar Rusiya-Ukrayna müharibəsinin fəsadları üzündən fərqli çıxış yolları axtarmaq məcburiyyətində qalıblar.

Hələlik 2 mümkün ssenari ətrafında müzakirə gedir:

Ya Moskva ilə Ukrayna məsələsində anlaşaraq qaz ixracının davamına nail olmaq, ya da Amerika Birləşmiş Ştatlarının enerji rezervlərinə müraciət etmək.

Hər iki variant Avropa İttifaqının bir geosiyasi mərkəz kimi iflası demək olacaq. Odur ki, Qərb strateqləri alternativ variantlar axtarışındadır. Lakin problemi dərinləşdirən həm də yeni və effektiv yollar tapmaq üçün vaxtın azlığıdır. Hazırda bütün Avropa xalqları qış mövsümünün ən sərt çağlarını yaşayır və qaz idxalının dayanması onların hökumətlərini fakt qarşısında qoyur.

Almaniya, İtaliya və digər Mərkəzi Avropa ölkələri enerji təchizatı ilə bağlı yeni strategiyalar hazırlamağa başlayıblar. Çünki, ənənəvi marşrutların qapadılması dünya bazarlarında enerji qiymətlərinin daha da artmasına və uzunmüddətli qeyri-sabitliyə gətirib çıxaracaq. Avropaya qaz təchizatının azalması tək enerji deyil, sənaye və məişət sektoru üçün də ciddi fəsadlar vəd edir. İndiki vəziyyətdə mümkün çıxış yolları kimi isə bunlar nəzərdən keçirilir.

Amerika variantı

Avropa ölkələri qaz təchizatı üçün ABŞ-dan LNG idxalı və ya digər enerji mənbələrini araşdırmaq məcburiyyətində qalacaqlar. Ukrayna tranzit yolunun bağlanması Rusiya ilə Avropa arasındakı münasibətləri daha da gərginləşdirəcəyindən amerikalılar etibarlı enerji təchizatçısı missiyasını əldə edəcəklərinə əsla şübhə etmirlər.

Türkiyə variantı

Son illər ərzində Türkiyə enerji dəhlizi kimi strateji rolunu gücləndirməkdədir. TANAP və “Türk axını” layihələri qardaş ölkəni həm Cənubi, həm də Mərkəzi Avropa ölkələrinə qaz təchizatında əsas oyunçulardan biri statusuna daşıyır. Türk rəsmiləri də öz açıqlamalarında Avropa üçün etibarlı tranzit rolunu oynamağa hazır olduqlarını bildirirlər. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və yeni kəmər layihələri ilə Türkiyə Avropa üçün əhəmiyyətli enerji mərkəzinə çevrilə bilər.


Hazırda Rusiya tərəfi Qərb dövlətlərinə təbii qaz tədarükünü qismən Türkiyə və Bolqarıstan vasitəsilə, “Balkan Axını” və Trans-Balkan Boru Kəmərindən istifadə edərək yönləndirə bilər. “Balkan Axını” sayəsində Macarıstan, Slovakiya və Avstriya, Trans-Balkan Boru Kəməri hesabına isə Moldova və Rumıniya Rusiya qazını əldə edəcək. Ancaq Türkiyə vasitəsilə yönləndirilən ümumi qaz həcmi ildə 4-5 milyard kubmetr olacaq ki, bu da Ukrayna xətti ilə həyata keçirilən tranzitin təxminən üçdə birinə bərabərdir. Müqayisə üçün deyək ki, 2024-cü ildə Ukrayna marşrutu üzrə Avropaya təxminən 15 milyard kubmetr qaz tədarük edilmişdi.

Və nəhayət, Azərbaycan variantı

Enerji xəritəsində baş verən dəyişikliklər Azərbaycan üçün də böyük perspektivlər açır. Ölkəmizin coğrafi mövqeyi və Xəzər regionundan Avropaya qaz tranziti bir enerji mənbəyindən asılılığı aradan qaldırmağa çalışan “Qoca qitə” üçün həyati önəm daşıyır. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti Azərbaycanı Qərbin ən etibarlı enerji mənbələrindən birinə çevirib və Avropa Komissiyası dövlət başçımızdan Avropa bazarına çıxarılan qazın həcmini artırmağı xahiş edir. 

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın strateji-enerji çəkisinin artdığını şərtləndirən bəzi nüanslara diqqət yetirək. Hər şeydən öncə, Qərb bazarı hazırda ölkəmiz üçün uzunmüddətli qaz ixracı siyasətinin əsasını təşkil edir. 2024-cü ildə 

Azərbaycana məxsus “mavi yanacaq” Sloveniya və Xorvatiyaya ixrac olunmağa başladı. Şimali Makedoniya ilə müvafiq anlaşma memorandumu imzalandı, dekabrın əvvəllərində isə “Həmrəylik Halqası” təşəbbüsü çərçivəsində Slovakiyanın enerji şirkəti təbii qazın pilot tədarükünə start verdi. Beləliklə, Azərbaycan diversifikasiya marşrutları sayəsində hazırda 10 ölkəyə qaz ixrac edir. Ötən il həmin ixracın 50 faizi Avropa bazarlarının payına düşdü.

- 2021-ci ildə Azərbaycanın Avropaya enerji tədarükü 8 milyard kubmetr idisə;

- 2024-cü ildə bu rəqəm təxminən 13 milyard kubmetrə bərabər oldu;

- 2021-ci ildə ümumi qaz ixracı 18 milyard kubmetr təşkil etdiyi halda;

- 2024-cü ildə həmin rəqəm 25 milyard kubmetri ötdü.

Göründüyü kimi, artıq 3 ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycanı Qərb üçün etibarlı enerji tərəfdaşına çevirib və qəti şəkildə demək olar ki, ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır.

Bu müstəsnalığın praktik uğurlarına gəldikdə isə, ilk növbədə, Azərbaycan qaz ixracı hesabına beynəlxalq ticarət əlaqələrindəki çəkisini artırır, enerji bazarındakı mövqeyini möhkəmləndirir və respublikamıza maliyyə axını həcminin yüksəlməsinə nail olur. Eyni zamanda, qaz resurslarının yeni dövlətlərə tədarükü tək Azərbaycanda deyil, ixrac olunan ölkələrdə də enerji infrastrukturunun təkmilləşdirilməsi tələbatını doğurur ki, onların bir çoxunda – məsələn, Albaniyanın enerji sisteminin qurulmasında Azərbaycan yaxından iştirak edir.

Prezident İlham Əliyevin qətiyyətli strategiyası enerji platformasında Azərbaycanın maraqlarının ən yüksək səviyyədə təmininə imkan verir. Ölkəmiz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və qarşı tərəfdən də analoji addımları gözləyir. Məsələn, rəsmi Bakı Avropaya təbii qazın ixracını artırmaqdan ötrü enerji kəmərlərinə əlavə investisiyalar yatırır. Son rəqəmlərə görə, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 2024-cü ilin sentyabrına qədər “Qoca qitə”yə daşınan qazın həcmi 40 milyard kubmetri ötür. 2026-cı ilin əvvəllərinə kimi TAP-ın nəqletmə gücü ildə 1,2 milyard kubmetrə çatdırılacaq.

Azərbaycanın energetik gücü yalnız resurslarla məhdudlaşmır, bu gün ölkəmizin çəkisi tranzit vasitəçisi kimi də artmaqdadır. Məsələn, Ukrayna marşrutu bağlandıqdan sonra Slovakiya belə bir planı müzakirə edir:

Azərbaycanın SOCAR şirkəri qazı “Qazprom”dan alır və daha sonra onu Cənub Qaz Dəhlizi vasitəsilə Slovakiya, Macarıstan və digər avropalı alıcılara çatdırır.

Doğrudur, bu planın reallaşması çətin görünür, çünki məsələ yalnız Avropa İttifaqı və Rusiya arasında tam anlaşma əldə ediləcəyi təqdirdə pozitiv həllini tapa bilər. Lakin hər bir halda, böyük enerji layihələrində Azərbaycanın adının əsas aktorlar sırasında çəkilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemindəki əvəzedilməz roluna bir daha aydınlıq gətirir.

Rusiyalı ekspertlər əminliklə bildirirlər ki, Ukrayna vasitəsilə Avropaya qaz ixracının dayandırılması ABŞ-nin xüsusi planıdır və Rusiya qazından asılı olan ölkələri tədricən amerikan hegemonluğunun çətiri altına salmaq məqsədi daşıyır. Onlardan biri – Avropanın iqtisadi nəhəngi sayılan Almaniya artıq bunu öz üzərində hiss edir.

Belə ki, “Şimal axını” və “Şimal axını-2” layihələrinin yarımçıq qalması səbəbindən Berlin Amerika qazını almağa məhkum edilib ki, həm qiymətlərin yüksək olması, həm də enerji resurslarının daşınmasındakı çətinliklər alman iqtisadiyyatına sağalmaz zərbələr vuracaq. Bu kimi ağır şərtlər şübhəsiz, Avropa dövlətlərini daha optimal enerji partnyorları axtarmaq məcburiyyətində qoyur ki, hazırda bu partnyorlar sırasında ən uduşlu yerdə məhz Azərbaycan və Türkiyə durur.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım – FOTO

Prezidentdən “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım – FOTO

“Kəpəz” iki legioneri ilə yollarını AYIRDI

“Kəpəz” iki legioneri ilə yollarını AYIRDI

İşğaldan azad edilmiş ərazilərdə daha 191 mina AŞKARLANDI

İşğaldan azad edilmiş ərazilərdə daha 191 mina AŞKARLANDI

"Nürnberq MƏHKƏMƏSİ" - Babayan və Mnatsakanyana son söz VERİLDİ

"Nürnberq MƏHKƏMƏSİ" - Babayan və Mnatsakanyana son söz VERİLDİ

ŞAD XƏBƏR – Amnistiya bu şəxslərə də şamil olunacaq

ŞAD XƏBƏR – Amnistiya bu şəxslərə də şamil olunacaq

Putinin qrup yoldaşı qəzaya düşdü

Putinin qrup yoldaşı qəzaya düşdü

Amnistiya aktı Şəfaqət Bağıyevaya da ŞAMİL EDİLDİ – FOTO

Amnistiya aktı Şəfaqət Bağıyevaya da ŞAMİL EDİLDİ – FOTO

4 nəfərin ölümünə görə məhkum edilən Elşad Kəlbəliyev cəzadan azad edildi

4 nəfərin ölümünə görə məhkum edilən Elşad Kəlbəliyev cəzadan azad edildi

Qəbələdə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Qəbələdə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Ehtiyatsızlıqdan cinayət törədənlər AZADLIQDA – FOTO

Ehtiyatsızlıqdan cinayət törədənlər AZADLIQDA – FOTO

Bakıdan bu rayonlara gəmi ilə gedə biləcəyik - VİDEO

Bakıdan bu rayonlara gəmi ilə gedə biləcəyik - VİDEO

Bu gün azadlığına qovuşan məhkumların ilk təəssüratları – FOTO

Bu gün azadlığına qovuşan məhkumların ilk təəssüratları – FOTO

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü

“İçərişəhər” metrosundan istifadə edənlərin NƏZƏRİNƏ

“İçərişəhər” metrosundan istifadə edənlərin NƏZƏRİNƏ

Emoməli Rəhmon İlham Əliyevi TƏBRİK ETDİ

Emoməli Rəhmon İlham Əliyevi TƏBRİK ETDİ

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq? – RƏSMİ AÇIQLAMA

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq? – RƏSMİ AÇIQLAMA

Ermənistanın bahalı yanacaq BAZARI – Benzin neçəyə satılır?

Ermənistanın bahalı yanacaq BAZARI – Benzin neçəyə satılır?

Putin SSRİ-ni bərpa etmək istəyir? - Kremldən REAKSİYA

Putin SSRİ-ni bərpa etmək istəyir? - Kremldən REAKSİYA

Kamil Zeynallı: “Lazım olsa, ata adı yerinə anamın adını yazdıraram” - VİDEO

Kamil Zeynallı: “Lazım olsa, ata adı yerinə anamın adını yazdıraram” - VİDEO

Afrika Millətlər Kuboku: Açılış matçında Mərakeş qalib gəldi - VİDEO

Afrika Millətlər Kuboku: Açılış matçında Mərakeş qalib gəldi - VİDEO

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Azad olunan ərazilərdə 12 şəhərdə quruculuq işləri APARILIR

Azad olunan ərazilərdə 12 şəhərdə quruculuq işləri APARILIR

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Cevdet Yılmaz Zəfər parkında – FOTO

End of content

No more pages to load

RADİO