Cari ilin yanvar-noyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2,5 milyard manat dəyərində əməliyyat aparılıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 25% çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib.
Məlumata görə, yalnız noyabr ayında isə 259,1 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42,3% artım deməkdir.
Bizim.Media