“Azərişıq” Açıq Səhndar Cəmiyyəti müxtəlif növ ağır avto mexanizimlərin satın alınması üçün "Original Motors " Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Bizim.Media Dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, müqavilənin dəyəri 2 952 203 manat təşkil edib.
Qeyd edək ki, daha əvvəl Cəmiyyət bununla bağlı tender elan etmişdi.
“Original Motors” şirkəti 2012-ci ildə yaradılıb. Ağır texnika sahəsində fəaliyyət göstərir, IVECO və CASE şirkətlərinin Azərbaycanda rəsmi dileridir.
Xatirə, Bizim.Media