Məntiqsiz bahalaşma - Gömrük idxal rüsumları avtomobil bazarını çökdürür

Avtomobil bazarında bahalaşma müşahidə olunur. Mütəxəssislərin bildirdiyinə görə avtomobillərin qiymətində 5-10 faizədək bahalaşma var. Mart və aprel aylarından başlayan qiymət artımına səbəb kimi idxalın məhdudlaşdırılması və ya ölkəyə gətirilən nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarının düzgün aparılmaması göstərilir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bizim.Media-ya açıqlamasında qiymət dəyişimlərini idxalın azalması ilə əlaqələndirib. O, qeyd edib ki, idxalın azalmasının da müxtəlif səbəbləri var:

“Bütövlükdə dövriyyədə olan nəqliyyat vasitələrinin bazara daxil olmasında qiymət artımı müşahidə olunur. Bu da təbii ki, tələblə bağlı olan məsələdir. Əslində Gömrük Komitəsinin ölkəyə idxal edilən avtomobillərə tətbiq etdiyi rüsumlarla bağlı da neqativ fikirlər var. Müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, gömrük rüsumlarında süni və subyektiv artımlar olur”.

Ekspertin fikrincə, Azərbaycanda avtomobil idxalını stimullaşdırmaq, xüsusilə avtomobil parkının yenilənməsini təmin etmək üçün gömrük siyasətinə, eləcə də idxal qərarlarına yenidən baxılmalıdır:

“Elektromobillərin, xüsusilə hibrit avtomobillərin ölkəyə idxalının stimullaşdırılması ilə bağlı ciddi addımlar atılmalıdır. Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Avtomobil istehsalı bazar tələbin çox nisbi, heç bir faizini ödəyə bilmir. Belə olan halda Gömrük Komitəsinin idxalla bağlı rüsumlarının bu dərəcədə qaldırılmasına ehtiyac görmürəm”. 
 

Məlumat üçün bildirək ki, uzun illərdir ki, təkrar bazarda "Mercedes", "Mercedes-Benz" avtomobilləri liderlik edir. Tədricən ilkin bazarda digər marka nəqliyyat vasitələri üstünlük təşkil etməyə başlayıb. 


Müştərilər ən çox qiyməti 10-18  min manat arası olan ekonom avtomobillərə üstünlük verirlər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

End of content

No more pages to load

RADİO