Ölkəmizin əsas ticarət tərəfdaşları - SİYAHI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 89 ölkəyə məhsul ixrac, 144 ölkədən idxal olunub.

Dövlət Statistika Koitəsindən (DSK) Bizim.Media-ya verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib? – SON STATİSTİKA


"Ticarət dövriyyəsinin 4506,3 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2530,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1975,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artmış, real ifadədə isə 15,1 faiz, o cümlədən idxal 24,3 faiz, ixrac 9,1 faiz azalıb.

2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 3,7 faiz artaraq 501,5 milyon dollar olub”.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3,0 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib:
 

"Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,5 faiz), Rusiyaya (25,9 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,7 faiz), Çinə (2,3 faiz), Belçikaya (1,8 faiz), Türkmənistana (1,6 faiz), Ukraynaya (1,5 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,3 faiz), İrana (1,1 faiz), Qazaxıstana (1,0 faiz) göndərilmiş malların payı üstün olub.


Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,3 faizi Çin, 7,3 faizi Almaniya, 4,6 faizi ABŞ, 3,9 faizi Ukrayna, 3,8 faizi İran, 3,2 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Fransa və Norveç, 19,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41,8 faiz, şəkər – 2,5 dəfə, bitki yağları – 37,5 faiz, meyvə və tərəvəz şirələri – 37,0 faiz, kartof – 1,6 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1,9 dəfə, pambıq lifi – 1,6 dəfə, polietilen – 8,8 faiz, pambıq ipliyi – 6,3 faiz, bentonit gili – 8,6 faiz artmış, təzə tərəvəz ixracı isə 37,3 faiz, çay – 18,3 faiz, meyvə və tərəvəz konservləri – 5,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,2 faiz, tütün – 58,5 faiz, emal olunmamış alüminium – 23,5 faiz, qara metallardan borular – 36,7 faiz azalıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2021-ci ilin yanvar-mart aylarında bitki yağları idxalı 47,6 faiz, buğda – 13,0 faiz, xam şəkər və şəkər – 3,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 5,1 faiz, kartof – 0,6 faiz, təzə tərəvəz – 2,0 dəfə, siqaretlər – 14,8 faiz, dərman vasitələri – 30,8 faiz, rezin şinlər – 10,6 faiz, mineral gübrələr – 17,8 faiz, yük avtomobilləri – 28,5 faiz, məişət kondisionerləri – 1,6 dəfə, məişət soyuducuları – 29,0 faiz artmış, təzə meyvə idxalı isə 3,4 faiz, çay – 5,2 faiz, mal əti – 23,6 faiz, quş əti və onun əlavə məhsulları – 22,8 faiz, minik avtomobilləri – 1,4 faiz, qara metallardan borular – 38,2 faiz, polad prokatı – 58,1 faiz, hesablama maşınları, blok və qurğuları – 4,0 faiz, qara metallardan çubuqlar – 57,4 faiz, mebellər – 10,9 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, polietilen – 47,4 faiz, qara metallardan künclüklər – 39,7 faiz, avtobuslar – 39,4 faiz, sement və sement klinkerləri – 39,7 faiz azalıb” , - deyə rəsmi məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

End of content

No more pages to load

RADİO