Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklər müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə DVX və KOBİA-nın nümayəndələri, sahibkarlar, yerli şirkətlərin rəhbərləri iştirak ediblər.

DVX-nin Vergiödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar” mövzusunda təqdimatla çıxış edib.

L.Hüseyn-zadə Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, 2 alt indikator üzrə 6 komponentdən ibarət olan 30 tədbirin həyata keçirildiyini qeyd edib.

İştirakçılara qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə də ətraflı izahat verilib. Bildirilib ki, “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanunlar qəbul olunub və dövlət başçısı tərəfindən iyulun 8-də təsdiqlənib. Yenilənmiş qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib.

Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb.

“Biznesə daxilolma” sahəsində həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı SİMA rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Bundan başqa, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Eyni zamanda, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib.

Qeyd olunub ki, “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsi istiqamətində islahatlar davam etdirilir. Bunlardan biri qeydiyyata qədər və qeydiyyatdan sonrakı prosesdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsidir. Benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın və kommersiya hüquqi şəxslərə dair mövcud məlumatlarda sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyata alınması imkanının yaradılması da gündəmdədir.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, toplantı iştirakçılarının sualları cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Alman evlərində niyə mətbəx olmur?

Alman evlərində niyə mətbəx olmur?

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

SON DƏQİQƏ: Lalə Azərtaşın verilişi də bağlandı

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI: “Dron hucumları ilə bağlı araşdırmaların tamamlanması vacibdir”

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Sabah Ağstafada 12 mindən çox abonent QAZSIZ QALACAQ

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi

End of content

No more pages to load

RADİO