Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15 milyard 500 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230,0 milyon manat və ya 1,5 faiz çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 626,7 milyon manat və ya 3,9 faiz azdır.
Bizim.Media