İş axtaran Kəlbəcər və laçınlıların NƏZƏRİNƏ: “İstisu” mineral su zavoduna lazım olan işçi sayı açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə tikilən 524 ailəlik yaşayış kompleksində “townhouse” tipli evlər də OLACAQ


Bildirildi ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

Qeyd edək ki, 1976-ci ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik “İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.

Prezident İlham Əliyev zavodu işə salıb.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin, torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış olublar.

Bildirilib ki, “İstisu” mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın "Krones" şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb.

Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksək keyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su “İstisu” - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir.

Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.

“İstisu” təbii mineral su, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216–2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

Qeyd edək ki, “İstisu” mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir.

Mineral su istehsalında əsas səylər uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Bu gün zavodun əsas məqsədi ətraf mühitə zərər vermədən yüksək keyfiyyətli məhsullar istehsal etməkdir. Bu məqsədlə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

Xaçmazda ölən piyadanın kimliyi MƏLUM OLDU

Xaçmazda ölən piyadanın kimliyi MƏLUM OLDU

Dövlət qulluğunda mükafat sistemi LƏĞV OLUNUR

Dövlət qulluğunda mükafat sistemi LƏĞV OLUNUR

Azadlıq prospektində işıqforların işləməməsinin SƏBƏBİ AÇIQLANDI

Azadlıq prospektində işıqforların işləməməsinin SƏBƏBİ AÇIQLANDI

End of content

No more pages to load

RADİO