Çörək istehlakında kəskin AZALMA – Cəmiyyətimizin qida rasionu DƏYİŞİR?

Azərbaycanda əhali çörək yeməyi azaldıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ölkəmizdə adambaşına 116.6 kq çörək istehlak edilib. Bu da 2022-ci illə müqayisədə 5.9 kq azdır.

Maraqlıdır ki, bu azalmanın səbəbi nədir?

Ümumiyyətlə, son vaxtlar çörəyin ziyanları barədə daha çox fikirlər səsləndirilir. Bəzi vətəndaşlar çörəyin tərkibinin zərərli olduğunu düşündükləri üçün çörək yemirlər, bəziləri isə mağazadan çörək almaq əvəzinə evdə hazırlamağa üstünlük verirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda çörək istehlakının həcmi AÇIQLANDI


Sözügedən məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynovanın da fikirlərini öyrəndik. 

Ekspert əvvəlcə çörəyin faydaları barədə danışıb:

“Əgər çörək təbii buğdadan hazırlanırsa, bunun insan orqanizminə bir çox faydası mövcuddur. Xüsusilə, orqanizmin formalaşması dövründə 8 yaşa qədər çörəkdən istifadə olunubsa, onu qida rasionundan çıxarmaq yolverilməzdir. Çünki çörəyin tərkibində B-qrup vitaminlər və bir çox elementlər var ki, bunlar insan orqanizminə faydalıdır”. 

Sənaye üsulu ilə hazırlanan çörəyin ziyanları

“Mənşəyi bəlli olan yerlərdən, keyfiyyətli undan hazırlanan çörəklərdən almaq lazımdır. Çünki bu gün sənaye üsulu hazırlanan çörəklərin xəmiri yoğrularkən kimyəvi tərkibi olan mayadan istifadə edirlər, bu, həzm prosesinin korlanmasına və bağırsaqların hərəkətliliyinin aşağı düşməsinə səbəb olur, bununla da orqanizmdə maddələr mübadiləsi pozulur, qəbizlik, qarında şişkinlik ağrı baş verir ona görə də ev üsulu hazırlanan çörəklərdən istifadə daha sağlam hesab olunur. Bəzən  çörəyin bişirilməsi zamanı şəkərdən istifadə olunur ki, bu da asılılıq yaradır”. 

Gündə nə qədər çörək yeyilməlidir?

“Səhər yeməyində 1-2 dilim  qəbul etmək olar, ancaq axşam yeməyində isə çörək yemək o qədər də tövsiyyə edilmir”, - ekspert bildirib.

Müsahibimiz qeyd edib ki, əgər həm ağ çörək, həm də qara çörək təbii şəkildə hazırlanıbsa, onların kalori miqdarında çox az fərq olur. Həmçinin,  ağ çörəyin kalori miqdarını azaltmaq üçün onu qızdırılmış formada yemək olar:

“Digər önəmli məqamlardan biri də sənaye üsulu, xüsusilə, ağ undan  hazırlanan çörəklərin buğdanın keyfiyyətli hissəsi olan kəpək və rüşeym hissəsinin ayrılmasıyla bişirilməsidir. Ancaq bu maddələr xərçənglə mübarizədə rol oynayır. 

Çörəyin tərkibində karbohidrat olduğu üçün onunla  birlikdə tərkibində zülal, yağlar olan qidalar qəbul olunmalıdır. Əgər onunla birgə karbohidratlı qidalar qəbul olunarsa, bu, həzmi çətinləşdirir, orqanizmdə ağrılara, narahatlıqlara səbəb olur. Düzgün miqdarda qəbul olunan çörək orqanizmdə enerjinin yaranmasına xidmət edir”.

Çörək alarkən nələrə diqqət etməliyik? 

Məhsəti Hüseynova sonda çörəyin qablaşdırılması, istifadəsi,  saxlanılması üsulları barədə də önəmli məqamları vurulayıb. 

“Çörək alarkən qablaşdırılmaya, bişirilmə tarixi və tərkibiylə bağlı məlumatlara diqqət etmək lazımdır. Bəzən çörək son istifadə müddəti bitdikdən sonra da qəbul edilir, ancaq bu, yolverilməzdir. Çünki onun rəngi qoxusu dəyişməsə də, tərkibində müəyyən dəyişiklikliklər yaranır.  Çörəklərin uzun müddət qalması üçün istifadə olunan kimyəvi maddələr orqanizmdə qaraciyər, böyrək çatışmazlığı kimi fəsadların yaranmasına səbəb olur. Çörəyin daha çox kağız, parça torbalarda və yaxud xüsusi taxta qablarda saxlanması daha sağlam hesab olunur”. 


Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

Xaçmazda ölən piyadanın kimliyi MƏLUM OLDU

Xaçmazda ölən piyadanın kimliyi MƏLUM OLDU

Dövlət qulluğunda mükafat sistemi LƏĞV OLUNUR

Dövlət qulluğunda mükafat sistemi LƏĞV OLUNUR

Azadlıq prospektində işıqforların işləməməsinin SƏBƏBİ AÇIQLANDI

Azadlıq prospektində işıqforların işləməməsinin SƏBƏBİ AÇIQLANDI

End of content

No more pages to load

RADİO