Daşkənddə Azərbaycan-Özbəkistan biznes forumu keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "Spitnik Özbəkistan" nəşri yayıb.
Mənbə qeyd edir ki, tədbirdə Bakıdan 67 şirkət və 10 dövlət qurumu təmsil olunub. Forum çərçivəsində "Made in Azerbaijan" sərgisi də təşkil olunacaq.
Xatırladaq ki, bu gün İlham Əliyevin Özbəkistana iki günlük dövlət səfərinə yollanacağı gözlənilir.
Bizim.Media