Məcburi köçkünlər üçün inşa olunan mənzillər satışa ÇIXARILDI – QİYMƏTLƏR

Ötən ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin onlayn satışına başlayıb. Satışa çıxarılan mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilən binalarda yerləşir.

Satışı ötən il iyulun 1-də yekunlaşacağı gözlənilsə də, hazırda mənzillərin satışı davam edir. Nazirliyin 2024-cü ilin fevral ayındakı məlumatında 300 mənzilin satıldığı qeyd edilmişdi. Hazırda xeyli sayda mənzil bron edilib.

Bizim.Media onlayn satışı davam edən mənzillərin qiymətlərini təqdim edir:

Abşeron rayonu - Yeni yaşayış kompleksində 4 otaqlı, 101.8 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 84 min 494 AZN təşkil edir. Eyni binada 3 otaqlı, 84.1 kvadratmetrlik sahəli mənzilin qiyməti isə 65 min 598 manatdır.

Bakı şəhəri, Kürdəxanı qəsəbəsi – Yeni yaşayış kompleksində 4 otaqlı, 85.1 kvadratmetr sahəyə malik təmirli mənzil 71 min 484 AZN-ə təklif olunur. 71 kvadratmetr sahəyə malik 3 otaqlı mənzilin qiyməti isə 59 min 640 AZN-dir.

Bakı şəhəri, Ramana qəsəbəsi – Yeni yaşayış kompleksində 4 otaqlı, 100.7 kvadratmetr sahəli tam təmirli mənzilin qiyməti 85 min 595 AZN-dir. Evin hər kvadratmetri 850 manatdan hesablanıb. 3 otaqlı, 79.4 kvadratmetrlik sahəli ev isə 67 min 490 AZN-ə təklif olunur.

Bakı şəhəri, Ümid qəsəbəsi – Yeni yaşayış kompleksində 4 otaqlı, 105.6 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 78 min 144, 89.6 kvadratmetrlik 3 otaqlı mənzilin qiyməti 62 min 720 AZN-dir.

Samux rayonu – Yeni yaşayış kompleksində 4 otaqlı, 100.5 kvadratmetr sahəli tam təmirli mənzilin qiyməti 43 min 717 AZN-dir. Yəni evin bir kvadratmetri 435 manata təklif olunur. Samux rayonunda satışa çıxarılan mənzillər arasında 3 otaqlı mənzil yoxdur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

Əraqçı: “İranın ali rəhbəri sağdır” – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

İsrail Beyrutun mərkəzində yaşayış binasını dağıtdı – VİDEO

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Bakı metrosu bayramlarda hansı qrafiklə çalışacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat aldı

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

Ərdoğan media nümayəndələri və yazarlarla İFTAR ETDİ – VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

“Fənərbaxça”dan böyükhesablı qələbə - VİDEO

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Azərbaycanda narkokuryer TUTULDU - VİDEO

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Mərkəzi Bankdan pul nişanları ilə bağlı QƏRAR

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əraqçidan SƏRT MESAJ: “Lazım gələrsə, canımızı fəda edəcəyik” – VİDEO

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Əlillərə pensiya ömürlük təyin edilməlidir – Ali Məhkəmədən QƏRAR

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Sabiq rektorun qızını aldadan şəxs azadlığa buraxıldı

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

"Rəngarəng"in yerinə bu veriliş yayımlandı - VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Bakıda həyətdə qalanan bayram tonqalı yanğına səbəb oldu - ANBAAN VİDEO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

Yusif Eyvazov Anar Ələkbərovla sərgini gəzdi – FOTO

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

MOSSAD Laricanini öldürmək üçün belə izləyib

Xaçmazda ölən piyadanın kimliyi MƏLUM OLDU

Xaçmazda ölən piyadanın kimliyi MƏLUM OLDU

Dövlət qulluğunda mükafat sistemi LƏĞV OLUNUR

Dövlət qulluğunda mükafat sistemi LƏĞV OLUNUR

End of content

No more pages to load

RADİO