Dollar bahalaşır? - MÜHÜM PROQNOZ

Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Bu da müəyyən naratlıq doğurur. Çünki hazırda Dövlət Büdcəsinin əsas hissəsi neft gəlirləri hesabına formalaşır. 

Son zamanlarsa Brend markalı neftin bir barelinin qiyməti 80 dollar ətrafında satılır. Bu da kifayət qədər riskli zonadır. Üstəlik, neft hasilatı da ilbəil azalır. Bu səbəbə görə də neftdən daxilolmalar da zəifləyir. Məsələn, 2022-ci ildə neftdən gələn gəlir ilk 6 ayda 9,4, 2023-cü ilin eyni dövründə 7.8, 2024-cü ilin arxada qalan 6 ayında isə cəmi 7 milyard dollar olub. Daha bir ürəkaçmayan fakt ondan ibarətdir ki, son iki ildə dollara olan tələbat 2 dəfə artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dollar 2 manat olacaq? – AÇIQLAMA


Məsələn 2022-ci ilin birinci yarısında 104,9, 2023-cü ilin eyni dövründə 93, 2024-cü ilin yarısında isə 200 milyon dollar satılıb.

Bundan başqa, 2022-ci ildə cari əməliyyatlar hesabının profisti 23,5 milyard dollar olduğu halda, 2023-cü ildə 8,3 milyard dollara düşüb. Açıqlanan rəsmi göstəricilərdən də göründüyü kimi, son bir ildə tədiyə balansının cari əməliyyatlar hesabının profistində 2,8 dəfə azalma var. Milli valyutanın məzənnəsinə təsir edən əsas amil tədiyə balansı olsa da, digər vacib amillərdə də ciddi dəyişikliklər var. Son 3 ildə milli valyutanın məzənnəsinə təsir edən bu amillərə nəzər salsaq, açıq şəkildə görərik ki, ciddi azalmalar var.

Dollar bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov qeyd edib ki, dünya valyutalarının məzənnəsinin formalaşmasında əsas şərtlərdən biri  idxal-ixrac əməliyyatlarındakı balansın səviyyəsi və eləcə də ölkənin iqtisadi dayanıqlılığıdır:

“Nəzərə alaq ki, Azərbaycanın neftdən  asılılığı yüksəkdir. İndiki vəziyyətdə də neftin qiymətində nisbi sabitlik olsa da arzuolunan səviyyədə deyil. Ona görə də büdcə xərclərində neftin qiymətini diversifikasiya olunmuş səviyyədə saxlayırıq ki, hər hansı bir təhlükə yaranmasın. Təsadüfi deyil ki, bu ilin birinci yarısında büdcəmizdə 4 milyardlıq profisid yarada bilmişik. 

Bununla belə, neft gəlirləri ilbəil azalır. Bunun da tək səbəbi hasilatın azalması və neft qiymətinin aşağı düşməsidir. Hər bir halda neftdən daxilolmalar azalsa da, profisid var. Bu da manatın dayanıqlı olmasına şərait yaradır. Bundan əlavə, Azərbaycanın kifayət qədər çox valyuta ehtiyatı var”. 

“Dollar bu tarixədək sabit qalacaq”

Fuad İbrahimov onu da qeyd edib ki,  dövlət büdcəsi və onun xərclər hissəsi ilbəil böyüyür, xərclərimiz artır:

“Bununla belə Mərkəzi Bank çox ehtiyatlı pul-kredit siyasəti həyata keçirir. Məhz bu səbəbə görə deyə bilərik ki, bu ilin sonuna və 2025-ci ilin birinci yarısında manatın məzənnəsi sabit qalacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Ququşdan İran xalqına çağırış

Ququşdan İran xalqına çağırış

Bayram günlərində metro bu qrafiklə işləyəcək

Bayram günlərində metro bu qrafiklə işləyəcək

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

SABAHIN HAVASI - 20 dərəcə isti olacaq

SABAHIN HAVASI - 20 dərəcə isti olacaq

Lalə Azərtaşın bağlandığı iddia olunan verilişi DAVAM EDƏCƏK

Lalə Azərtaşın bağlandığı iddia olunan verilişi DAVAM EDƏCƏK

Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirdi – FOTO

Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirdi – FOTO

686 km-lik mağara digərlərindən fərqlidir: Unikal heyvanlar yaşayır

686 km-lik mağara digərlərindən fərqlidir: Unikal heyvanlar yaşayır

Bakıda 11-ci sinif şagirdi imtahan günü VƏFAT EDİB - ÖZƏL/FOTO

Bakıda 11-ci sinif şagirdi imtahan günü VƏFAT EDİB - ÖZƏL/FOTO

Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Azərbaycanda hakimiyyət dəyişikliyinin sifarişi hansı ölkədən gəlib? – VİDEO

Azərbaycanda hakimiyyət dəyişikliyinin sifarişi hansı ölkədən gəlib? – VİDEO

Con Kennedinin Madonna ilə qalmaqallı romanı - Onilliklər sonra üzə çıxan DETALLAR

Con Kennedinin Madonna ilə qalmaqallı romanı - Onilliklər sonra üzə çıxan DETALLAR

Xaricdəki şantaj qrupunun görüntülərindən istifadə etdiyi qız kimdir? – VİDEO

Xaricdəki şantaj qrupunun görüntülərindən istifadə etdiyi qız kimdir? – VİDEO

23 azərbaycanlı Almaniyadan geri QAYTARILDI

23 azərbaycanlı Almaniyadan geri QAYTARILDI

Əməkdar artist "Çocuklar duymasın"ın aktyoru ilə bir arada - FOTO

Əməkdar artist "Çocuklar duymasın"ın aktyoru ilə bir arada - FOTO

Sirləri açmayan ən səssiz BÜRCLƏR: siz onların arasındasınız?

Sirləri açmayan ən səssiz BÜRCLƏR: siz onların arasındasınız?

Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

End of content

No more pages to load

RADİO