Azərbaycan qazının Türkiyəyə tədarükü bu gündən müvəqqəti olaraq dayandırılacaq.
Bizim.Media Sputnik agentliyinə istinadən xəbər verir ki, Şahdəniz qaz yatağında planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar Türkgözü giriş məntəqəsindən təbii qazın verilməsi iyulun 31-dən avqustun 5-dək mümkün olmayacaq.
Avqustun 5-dən 9-dək isə TANAP-ın Seyitqazi giriş məntəqəsindən qazın verilməsi dayandırılacaq.
Bizim.Media