“SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları "Xalis sıfır"a çatdırmağı hədəfləyir. Bundan əlavə, SOCAR Qarabağ və Şərqi Zəngəzurun karbon neytral zonaya çevrilməsi istiqamətində fəaliyyət göstərəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı deyib.
O, bildirib ki, işğaldan azad olunan ərazilərdə yaşıl yanacağın və elektrik avtomobillərinin istifadəsi üçün infrastrukturun yaradılması prosesi reallaşacaq.
Məhərrəm Əliyev, Bizim.Media