Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarla elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədədir.
Bizim.Media