Azərbaycanda ət nə vaxt UCUZLAŞACAQ? – AÇIQLAMA  

Son günlər ətin  qiymətində artım müşahidə olunur. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ət bahalaşıb. Elə alıcılar da ətin qiymətinin artdığını deyirlər. Satıcılar isə qiymət artımının səbəbini keçən qurban bayramı və fəsillə əlaqələndirirlər.

Bəs ətin bahalaşmasına səbəb nədir? 

Məsələ ilə bağlı Bizim Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, ətin qiymətinin artımına əsas səbəb saxlanılan heyvanların sayının azalmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Satışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı - VİDEO


“Əgər 10 il əvvəl ölkə daxilində xırdabuynuzlu heyvanların sayı 8.7 milyon baş idisə, indi bu say 7.5 milyona düşüb. Yəni 10 faizdən çox azalma var. Amma bunun kontekstində ölkədə ət istehlakı 20 faizə qədər artıb. Bir tərəfdən saxlanılan heyvanların sayında azalma var, digər tərəfdən əhalinin tələbatı artır. Bu da ətin bahalaşmasına gətirib çıxarır”. 

Bəs heyvanların sayı niyə azalır?  

“Saxlanılan heyvanların azalmasına səbəb insanların heyvandarlıqla əvvəlki həvəslə məşğul olmamasıdır. İnsanlar rayonlardan şəhərə köçür və heyvanları saxlayan qalmır.  İkinci səbəb otlaq sahələrinin azalmasıdır. Otlaq sahələrinin azalmasının da iki səbəbi var. Birincisi şoranlıq, ikincisi əkinçilik... Hər yerdə müxtəlif əkin sahələri var və heyvanlara otlamağa ərazi qalmır. Bu da heyvan saxlama xərclərini çoxaldır. Otun bağlaması 5-6 manatdır və o bağlamanın birini bir mal bir günə yeyir” , - deyə ekspert qeyd edib. 

Yaxın gələcəkdə ətin qiyməti necə dəyişəcək? 

Ekspert bildirib ki, ətin qiymətinin zamanla daha da bahalaşacağı gözlənilir: 

“Həm xərclərin artması, həm saxlanılan heyvanların sayının azalması, həm də tələbatın yüksək olması ətin qiymətini artırır. . Bu kontekstdə idxal əti ucuzlaşdıra bilər. Əvvəllər Ukraynadan ucuz ət məhsulları gəlirdi, lakin Ukrayna 2 ildir bazardan çıxıb. Gürcüstandan xırdabuynuzlu, diribaş qoyunlar gəlirdi, bu il isə Gürcüstanda heyvanlarda xəstəliklə əlaqədar bazara giriş əvvəlki illərlə müqayisədə azdır. Bütün bunları nəzərə alıb, təhlil etdikdə ətin qiymətinin yavaş-yavaş daha da bahalaşacağı gözlənilir”.

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO