Bu gündən xarici ticarət gəmilərinin Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından keçməsi üçün tranzit qiyməti xalis tonnaj üçün 4,42 dollardan 5,07 dollara qaldırılıb.
Bizim.Media xəbər verir ki, qərar Türkiyənin Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilib.
Rəsmi sənəddə qeyd olunur ki, tariflərin artırılması əvvəlcədən planlaşdırılıb.
Tranzit məbləğinə yenidən baxılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 oktyabr 2022-ci il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.
Bizim.Media