“Amazon” 27 iyun 2024-cü ildə tarixi uğura imza atıb və onun bazar dəyəri ilk dəfə olaraq 2 trilyon dolları keçib.
Bizim.Media xəbər verir ki, bu yüksəlişlə “Amazon” “Microsoft”, “Apple”, “Nvidia” və “Alphabet”dən sonra dünyanın ən dəyərli beşinci şirkəti olub.
“Amazon”un səhmləri bu rekordu qıraraq “Wall Street”də 3,9 faiz artaraq 193,61 dollara çatıb.
Süni intellekt investisiyaları və bulud hesablama xidmətlərində artım şirkətin uğurunda mühüm rol oynayıb. Son illərdə “Amazon” süni intellektə əsaslanan məhsul və xidmətlərə sərmayə qoyaraq bu sahədə lider olmağa çalışır.
Qeyd edək ki, 2 trilyon dollarlıq mərhələni keçmək üçün “Amazon”a dörd ildən çox vaxt lazım olub. Şirkətin bazar dəyəri 2020-ci ildə 1 trilyon dollar olmuşdu.
Bizim.Media