Avrasiya İqtisadi Birliyi (AİB) üç il müddətinə qiymətli qida əlavələrindən birinə - kokos lopasına gömrük rüsumunu ləğv edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnev məlumat verib.
O qeyd edib ki, qərar məhsulun maya dəyərini azaltmaq və Birlik ölkələrindən qənnadı məmulatlarının ixracını inkişaf etdirmək üçün qəbul edilib.
Sənəd imzalandıqdan 30 gün sonra qüvvəyə minir.
Bizim.Media