Səhhətimiz, cibimiz və ekologiyamız üçün ZƏRURİ ADDIM – Dizel və Aİ-92 erasının SONU YAXINLAŞIR

Son illərdə Avropa və dünyanın inkişaf etmiş ölkələri dizel mühərrikli avtomobillərdən kütləvi surətdə imtina edir. Hətta bir sıra aparıcı istehsalçı şirkətlər dizel mühərrikli avtomobillərin istehsalını dayandırıb. Bu da ona görədir ki, dizel yanacağı ətraf mühitə çox böyük ölçüdə karbon emissiyası ötürür. Nəticədə əsas həyat mənbəyimiz olan hava çirklənir, səhhətimizə ağır zərər dəyir.

Təsadüfi deyil ki, Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən etibarən mümkün olmayacaq. Buna görə də istehsalçılar artıq diqqəti elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına yönəldiblər. Eyni zamanda, ekoloji cəhətdən daha təmiz olan avtomobillərin stimullaşdırılması üçün dizel yanacağının qiyməti benzindən daha baha təklif olunur.

Azərbaycanda isə…

Lakin ölkəmizdə vəziyyət fərqlidir. Belə ki, 2021-ci ildə Azərbaycana 21,4 min, 2022-ci ildə 21,8, 2023-cü ildə isə 32,1 min dizel mühərrikli avtomobil idxal olunub. Göründüyü kimi, dizel mühərrikli avtomobillərin ölkəmizə idxalı ilbəil artır. Bu cür maşınlara marağın daha çox olmasının ən başlıca səbəbi isə dizel yanacağının daha ucuz olmasıdır.

Buna baxmayaraq, karbon emissiyasının azaldılması istiqamətində dövlətimiz də davamlı addımlar atır. Məsələn, 2024-cü ilin fevral ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. 

Bundan əlavə Azərbaycanda bir neçə ildir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. 

Elektromobillərə maraq artır

Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycana avtomobil idxalında hibrid və elektrik mühərrikli avtomobillərin sayında artım müşahidə edilib. Əgər 2021-ci ildə ölkəyə 12,9 min ədəd hibrid avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 14,1 min ədəd təşkil edib. Elektromobillərin idxalında da kəskik artım qeydə alınıb. Belə ki, 2021-ci ildə ölkəyə 200 elektromobil idxal edilmişdisə, 2023-cü ildə bu göstərici 3,1 min ədədə yüksəlib.

Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə daxili yanma mühərriklərindən imtina faizinin daha da artacağı şübhə doğurmur. Unutmaq lazım deyil ki, daxili yanma mühərriklərindən imtina ekoloji və iqtisadi baxımdan çox sərfəlidir.

“Həm qiymətin optimallaşdırılması, həm də keyfiyyətin artırılması üçün zəruri addımlar atılmalıdır”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, ölkəmizdə “avro”standartlarının tətbiqi dizelin və benzinin ətraf mühitə ziyanını minimum endirmək məqsədi daşıyır:

“Azərbaycan da Avro-5 standartlarına uyğun benzin istehsal etməyi planlaşdırır. Yaxın zamanlarda bu benzinin istehsalına başlanılacaq. Nəzərə alaq həm benzində, həm də dizeldə Avro-5 standartlarının gözlənilməsi vacib faktordur. Bu ilk növbədə ekoloji tələbdir. Bildiyimiz kimi, CO2 emissiyası əsasən dizel və benzin yanacağı hesabına formalaşır. Azərbaycanda da istehlak edilən dizel və Aİ-92 yanacağı bu mənada ətraf mühitə kifayət qədər zərər vurur.

Ona görə də bu məsələyə yenidən baxılmalıdır.

Həm qiymətin optimallaşdırılması, həm də keyfiyyətin artırılması üçün zəruri addımlar atılmalıdır.

Yaxşı olardı ki, ölkəmizdə yüksək keyfiyyətli dizel və benzin yanacağı istehsal edilsin və daxili bazarda satılsın.

Bununla paralel ekoloji cəhətdən faydalı olan hibrid və elekrtomobillərin daha geniş coğrafiyada istismarını təmin etmək vacibdir. Çalışılmalıdır ki, hibrid və elektromobillərdən əhali daha çox istifadə edilsin. Bunun üçün başlanılan layihələr uğurla sona çatdırılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.17 ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

“Real”da CİDDİ İTKİ

“Real”da CİDDİ İTKİ

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO