Ekologiyamıza və sağlamlığımıza ZƏRBƏ – Dizel və Aİ-92-dən imtina etməyin VAXTI ÇATIB – TƏHLİL

Rəsmi məlumatlara görə, 2021-ci ildə Azərbaycana 21,4 min, 2022-ci ildə 21,8, 2023-cü ildə isə 32,1 min dizel mühərrikli avtomobil idxal olunub. Göründüyü kimi, dizel mühərrikli avtomobillərin ölkəmizə idxalı ilbəil artır.

Dünyada isə...

Artıq Avropa və dünyanın inkişaf etmiş ölkələri dizel mühərrikli avtomobillərdən imtina edir. Hətta bir sıra aparıcı istehsalçı şirkətlər dizel mühərrikli avtomobillərin istehsalını dayandırıb. Bu da ona görədir ki, dizel yanacağı ətraf mühitə çox böyük ölçüdə karbon emissiyası ötürür. Nəticədə, ağ ciyərlərimiz təmiz hava yox, çirkli-paslı zəhəri udur.

Dünya alimləri sübut edib ki, havaya atılan tüstülər ağciyər xərçənginə bilavasitə yol açır. Əlavə onkoloji xəstəliklərin bir çoxu məhz çirkli havanın fəsadları ucbatından üzə çıxır. Ona görə də inkişaf etmiş ölkələr dizel yanacağından imtina edir. Təsadüfi deyil ki, Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən etibarən mümkün olmayacaq. Buna görə də istehsalçılar artıq diqqəti elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına yönəldiblər.

Bu bir təsadüf deyil…

Çünki hazırda avtomobillər atmosferə zavod və digər istehsal sahələrindən daha çox zərər vurur. Ona görə də atmosferə atılan tullantıların azaldılması baxımından yanacağın keyfiyyətinin yaxşılaşdırılmasına dünya ölkələri xüsusi diqqət yetirir.

Azərbaycanda da bu məsələ xüsusi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, bir zamanlar dizel və benzin istehsal edən “Azneftyağ” İstehsalat Birliyinin fəaliyyəti dayandırıldı. Çünki bu müəssisədə istehsal edilən yanacaq növləri müasir tələblərə cavab vermirdi.

Prosesin davamı olaraq, Heydər Əliyev adın Bakı Neft Emalı zavodunda yenidən qurma işlərinə başlanıldı. Artıq zavodda yenidənqurma işləri başa çatıb. Yaxın zamanlarda Aİ-95-in ilk partiyasını zavod istehlakçılara təqdim edəcək.

Dizel yanacağının və Aİ-92-nin aşağı keyfiyyətdə istehsalı davam edir.

Bu sahəyə isə investisiya qoymaq həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəli deyil. Üstəlik, dünyada son illərdə əsasən hibrid və elektromobillər istehsal edilir. Bu da o deməkdir ki, yaxın zamanlarda dizel yanacağı və Aİ-92 ilə işləyən yeni avtomobil olmayacaq. Ona görə də dizel və Aİ-92-nin istehsalının dayandırılması tarixi zərurətə çevrilib.

Hələ onu demirik ki, ölkəmizdə istehsal edilən dizel yanacağının keyfiyyəti kifayət qədər aşağıdır. Təsadüfi deyil ki, ölkəmizdə traktora da, 5-6 ilin avtomobilinə də eyni dizel tökülür. Halbuki, dünyada benzinin olduğu kimi dizel yanacağının da markaları, növləri var.

Qiymətdəki fərq öz sözünü deyir

Bu məsələdə ən çox diqqət çəkən məqamsa Azərbaycanda dizelin kifayət qədər ucuz olmasıdır. Azərbaycanda dizel yanacağının litri 80 qəpikdir. Böyük Britaniyada bu qiymət 3,70, İtaliyada 3,16, İsveçrədə 3,64, İslandiyada 3,74 manatdır. Maraqlıdır ki, əksər Avropa ölkələrində dizel yanacağı Aİ-95 markalı benzindən daha bahadır.

Ən əsası keçmiş SSRİ məkanından başqa heç bir Avropa ölkəsində Aİ-92 benzini istehsal və istehlak edilmir. Bununla belə, avropalılar dizel yanacağından imtina edir.

Bəs biz niyə dizel mühərrikli avtomobillərə bu qədər aludəyik?

Çox təəssüf ki, bu məsələyə cəmiyyətimizin baxışı müasir çağırışlara cavab vermir. Bizdə dizel yanacağının qiymətindəki fərq əksər şəxsləri bu yanacaqla çalışan maşınları almağa sövq edir.

Baxmayaraq ki, dizel mühərrikli avtomobillər hesabına atmosferə hər gün minlərlə kubmetr zəhər atılır. Bu zəhərsə sonradan dönüb özümüzün və yaxınlarımızın ağciyərinə dolur. Beləcə, bilə-bilə övladlarımızı zəhərləyirik. Bu məsələnin mənəvi və ekoloji tərəfidir.

Məsələnin iqtisadi tərəfi də vacibdir.

Nəzərə alaq ki, dizel mühərrikli avtomobilə texniki qulluq, benzinlə işləyən avtomobillərlə müqayisədə xeyli çox xərc aparır. Məsələn, benzinlə işləyən avtomobilin yağı, yağ filtiri və hava filtiri 7-8 min kilometrdən bir dəyişdirilirsə, dizel mühərriki avtomobildə bu tələb 4-5 min kilometrdən birdir. Hələ dizel mühərrikli avtomobillərin səs-küyü və qış aylarında artan çətinlikləri demirik.

Qeyd etməliyik ki, ölkəmizdə dizel yanacağının qiyməti Aİ-95-in qiymətindən 2 dəfədən çox ucuzdur. Qiymətdəki böyük fərq çoxlarını dizel mühərrikli avtomobilə üstünlük verməyə sövq edir. Ona görə də qiymət məsələsindəki disbalans ən qısa zamanda aradan qaldırılmalıdır.

Dövlət öz sözünü deyir…

Karbon emissiyasının azaldılması istiqamətində dövlətimiz davamlı addımlar atır. Tək bir faktı deyək ki, 2024-cü ilin fevral ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb. 

Sərəncamda deyilir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. 

Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir. 

Bu zərurəti nəzərə alaraq Ölkə Başçısı müvafiq dövlət qurumlarına tapşırıqlar verib.

Məlumdur ki, elektromobillərin təşviqində əsas məsələlərdən biri də enerjidoldurma qurğularının kütləviliyinin və əlçatanlığının təmin olunmasıdır. 

Elektromobillərə maraq artır

Bundan əlavə Azərbaycanda bir neçə ildir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. 

Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycana avtomobil idxalında hibrid və elektrik mühərrikli avtomobillərin sayında artım müşahidə edilib. Əgər 2021-ci ildə ölkəyə 12,9 min ədəd hibrid avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 14,1 min ədəd təşkil edib. Elektromobillərin idxalında da kəskim artım qeydə alınıb. Belə ki, 2021-ci ildə ölkəyə 200 elektromobil idxal edilmişdisə, 2023-cü ildə bu göstərici 3,1 min ədədə yüksəlib.

Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə daxili yanma mühərriklərindən imtina faizinin artacağı şübhə doğurmur. Unutmaq lazım deyil ki, daxili yanma mühərriklərindən imtina ekoloji və iqtisadi baxımdan çox sərfəlidir.

Digər tərəfdən, hazırda Azərbaycan dünyaya yaşıl enerji istehsalı üçün yeni imkanlar təqdim edir. Yaxşı olar ki, bu məsələdə də hər birimiz vətəndaş olaraq dövlətimizin yanında olaq. İstismar müddəti başa çatmış, ekoloji fəlakət saçan avtomobillərdən və yanacaqlardan uzaq duraq. İnkişaf etmiş ölkələrdə olduğu kimi hibrid və elektromobillərin həyatımızda daha çox yer almasının yollarını axtaraq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputatlar Jalə Əhmədova və Könül Nurullayeva tutduqları vəzifədən İSTEFA VERDİLƏR

Deputatlar Jalə Əhmədova və Könül Nurullayeva tutduqları vəzifədən İSTEFA VERDİLƏR

"Çelsi"də YENİ MÜQAVİLƏ

"Çelsi"də YENİ MÜQAVİLƏ

İki bürc BU TARİXƏDƏK çoxdan gözlədikləri xəbəri alacaq

İki bürc BU TARİXƏDƏK çoxdan gözlədikləri xəbəri alacaq

Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olundu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olundu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Elnur Məmmədov oğullarının görüntülərini PAYLAŞDI - VİDEO

Elnur Məmmədov oğullarının görüntülərini PAYLAŞDI - VİDEO

Marta Kos Azərbaycandan sonra Ermənistana SƏFƏR EDƏCƏK

Marta Kos Azərbaycandan sonra Ermənistana SƏFƏR EDƏCƏK

DİQQƏT: Bakının bir qəsəbəsində qaz olmayacaq

DİQQƏT: Bakının bir qəsəbəsində qaz olmayacaq

71 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qonşusu SAXLANILDI

71 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qonşusu SAXLANILDI

Rusiyaya gedib evləndi, qayınatasını öldürüb Azərbaycana qaçdı

Rusiyaya gedib evləndi, qayınatasını öldürüb Azərbaycana qaçdı

Yılmaz Vural bu klubun BAŞ MƏŞQÇİSİ oldu

Yılmaz Vural bu klubun BAŞ MƏŞQÇİSİ oldu

“4 mövsüm Qrız” layihəsi başa çatdı: Biznes planların hazırlanmasına dəstək göstərildi – FOTO

“4 mövsüm Qrız” layihəsi başa çatdı: Biznes planların hazırlanmasına dəstək göstərildi – FOTO

MEDİA-nın Müşahidə Şurasının iclası KEÇİRİLDİ - FOTO

MEDİA-nın Müşahidə Şurasının iclası KEÇİRİLDİ - FOTO

Kimya və coğrafiya üzrə ZƏİF NƏTİCƏ – Günah müəllimlərdədir, yoxsa fənnlər MARAQSIZDIR?

Kimya və coğrafiya üzrə ZƏİF NƏTİCƏ – Günah müəllimlərdədir, yoxsa fənnlər MARAQSIZDIR?

Oleq Qazmanovu aldadan fırıldaqçı erməni ABŞ-a qaçacaq? – VİDEO

Oleq Qazmanovu aldadan fırıldaqçı erməni ABŞ-a qaçacaq? – VİDEO

Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq

Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq

Ağdam şəhərinə ilk köç payızda reallaşacaq

Ağdam şəhərinə ilk köç payızda reallaşacaq

Mavi gözlü insanlar üçün PİS XƏBƏR - Gözləriniz heç vaxt mavi olmayıb – ARAŞDIRMA

Mavi gözlü insanlar üçün PİS XƏBƏR - Gözləriniz heç vaxt mavi olmayıb – ARAŞDIRMA

Astarada intihar etdiyi deyilən 71 yaşlı qadın qətlə yetirilibmiş - ŞOK DETALLAR

Astarada intihar etdiyi deyilən 71 yaşlı qadın qətlə yetirilibmiş - ŞOK DETALLAR

İsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət etdi – FOTO

İsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət etdi – FOTO

Laym xəstəliyi ilə mübarizə aparan Bella Hadid izləyicilərindən ÜZR istədi

Laym xəstəliyi ilə mübarizə aparan Bella Hadid izləyicilərindən ÜZR istədi

İlin sonunadək Xocavəndə 1552 ailə köçürüləcək

İlin sonunadək Xocavəndə 1552 ailə köçürüləcək

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI – FOTO/VİDEO

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI – FOTO/VİDEO

SON DƏQİQƏ: Rusiya dronları yenə Polşaya doğru uçur

SON DƏQİQƏ: Rusiya dronları yenə Polşaya doğru uçur

"Oleq Bakinski" ilə bağlı QƏRAR VERİLDİ

"Oleq Bakinski" ilə bağlı QƏRAR VERİLDİ

End of content

No more pages to load

RADİO