May ayında ucuzlaşan və bahalaşan MƏHSULLAR - SİYAHI 

2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları 0,7%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% ucuzlaşıb. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, bahalaşma isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

2024-cü ilin may ayında qeyri-qida malları 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 
2024-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər 0,5 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda TIR aşdı – VİDEO

Sumqayıtda TIR aşdı – VİDEO

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin AÇILIŞINDA

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin AÇILIŞINDA

Komitə sədri: “Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur”

Komitə sədri: “Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur”

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

WhatsApp Rusiyada tam bloklanacaq?

WhatsApp Rusiyada tam bloklanacaq?

Putin İlham Əliyevə ZƏNG ETDİ

Putin İlham Əliyevə ZƏNG ETDİ

Şavkat Mirziyoyevdən İlham Əliyevə TELEFON ZƏNGİ

Şavkat Mirziyoyevdən İlham Əliyevə TELEFON ZƏNGİ

“Qarabağ”ın legionerinə Braziliyadan TƏKLİF

“Qarabağ”ın legionerinə Braziliyadan TƏKLİF

İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə Zəfər parkının AÇILIŞINDA - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə Zəfər parkının AÇILIŞINDA - FOTO

DYP-dən ÇAĞIRIŞ: “Bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz”

DYP-dən ÇAĞIRIŞ: “Bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz”

Özündən 16 yaş kiçik fenomenlə evlənir

Özündən 16 yaş kiçik fenomenlə evlənir

Bahar Muradova: “Həqiqətin düzgün təbliği dini liderlərin mənəvi missiyasıdır”

Bahar Muradova: “Həqiqətin düzgün təbliği dini liderlərin mənəvi missiyasıdır”

Putinin orden verdiyi azərbaycanlı müharibədə həlak oldu - FOTO

Putinin orden verdiyi azərbaycanlı müharibədə həlak oldu - FOTO

Qışın ən qədim MƏRASİMİ - Azərbaycanda Çillə bayramı niyə kütləvi keçirilmir?

Qışın ən qədim MƏRASİMİ - Azərbaycanda Çillə bayramı niyə kütləvi keçirilmir?

“Fənərbağça” prezidentinin narkoloji testi POZİTİV ÇIXDI

“Fənərbağça” prezidentinin narkoloji testi POZİTİV ÇIXDI

Azərbaycan informasiya məkanında YENİLİK – “The Daily Baku” xəbər saytı fəaliyyətə başladı – FOTO

Azərbaycan informasiya məkanında YENİLİK – “The Daily Baku” xəbər saytı fəaliyyətə başladı – FOTO

Tramp 3 telekanalı kəskin tənqid etdi

Tramp 3 telekanalı kəskin tənqid etdi

Generalın öldüyü təyyarənin "qara qutusu" tapıldı

Generalın öldüyü təyyarənin "qara qutusu" tapıldı

Ucarda ağır qəza: 4 nəfər xəsarət aldı - FOTO

Ucarda ağır qəza: 4 nəfər xəsarət aldı - FOTO

Azərbaycandan külli miqdarda valyuta çıxaran şirkət CƏRİMƏLƏNDİ

Azərbaycandan külli miqdarda valyuta çıxaran şirkət CƏRİMƏLƏNDİ

Putindən İlham Əliyevə MƏKTUB

Putindən İlham Əliyevə MƏKTUB

Ukraynada seçki hazırlıqları BAŞLADI – Əsas namizədlər və SEÇİLMƏ ŞANSLARI

Ukraynada seçki hazırlıqları BAŞLADI – Əsas namizədlər və SEÇİLMƏ ŞANSLARI

İstanbul derbisində “Beşiktaş” qalib gəldi - VİDEO

İstanbul derbisində “Beşiktaş” qalib gəldi - VİDEO

Dövlət Sərhəd Xidmətinin hərbçisi Türkiyədə vəfat etdi

Dövlət Sərhəd Xidmətinin hərbçisi Türkiyədə vəfat etdi

End of content

No more pages to load

RADİO