Yaşıl enerji sahəsində YENİ ERA – “Noyabrda daha böyük nailiyyətlərə imza atacağıq”

Xəbər verdiyimiz kimi, iyunun 4-də Bakı Enerji Həftəsi açılıb. İyunun 6-dək davam edəcək Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu kimi üç ayrı layihəni ehtiva edir.

Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir.

İyunun 4-də həftə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyub.

Bu addım onu göstərir ki, Bakı Enerji Həftəsi ilə Azərbaycanda bərpa olunan enerji sahəsində yeni eranın təməli qoyulur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Bakı Enerji Həftəsini COP29-un baş məşqi kimi dəyərləndirib:

“Bakı Enerji Həftəsinin əhəmiyyətinə bir neçə parametr üzrə qiymət vermək lazımdır. Xəzər Neft-Qaz Sərgisinin 30 illiyi tamam olur. 30 il bundan öncə ilk dəfə belə bir beynəlxalq tədbir keçirdik. “Əsrin müqaviləsi”nin imzalanmasında da bu tədbirin mühüm əhəmiyyəti oldu.

Amma indiyə qədərki tədbirlərlə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən başqa bir tədbirin də fərqinə varmaq lazımdır. İndiyə kimi belə tədbirlər çərçivəsində dünyaya Azərbaycanın yalnız neft-qaz potensialı nümayiş etdirilirdi. Lakin bu dəfə təkcə neft-qaz deyil, həm də ölkəmizin yaşıl enerji imkanlarını da dünyaya çatdırırıq.

Azərbaycan cari ilin noyabrında COP29 kimi iqlim dəyişikliyilə bağlı nəhəng tədbirə ev sahibliyi edəcək. Bu tədbir isə ilk növbədə yaşıl enerjiyə keçidlə bağlı məsələləri özündə ehtiva edir. Bu mənada keçirilən Bakı Enerji Həftəsi Azərbaycanın COP29 tədbirinə keçirməyə mənəvi haqqının olduğunu bir daha nümayiş etdirir.
Bəzi dairələr ölkəmizi ittiham edir ki, Azərbaycan bərpa olunmayan enerji mənbələrilə məşhurdur. Amma sübut edirik ki, ölkəmizin yaşıl enerji ilə bağlı da geniş imkanları mövcuddur. İyunun 4-də Bakı Enerji Həftəsinin açılış günündə BƏƏ şirkətilə Biləsuvar, Neftçala, Abşeron, Qaradağda günəş və külək enerjisilə bağlı təməlqoyma mərasimləri də oldu. BƏƏ şirkəti Qaradağda 230 meqavat yaşıl enerji mənbəyinin istehsalına başlayıb. Daha 3 müqavilənin imzalanması ilə bu istehsal daha da artacaq.

Prezidentin də vurğuladığı kimi, bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurun da potensialı böyükdür.  İndiyə kimi 270 meqavatlıq su elektrik stansiyaları tikilib. Hədəf bir neçə ilə onu 500 meqavata çatdırmaqdır. Təkcə Xəzər dənizinin 157 geqavatlıq yaşıl enerji potensialı var”.

Deputat deyir ki, bu tədbirlə Azərbaycan dünyanın nəhəng enerji şirkətləri və dövlətlərinə dünyanın üzləşdiyi ən ciddi problemin iqlim dəyişikliyilə bağlı olduğu mesajını verdi: 

“Bakı Enerji Həftəsi COP29-un baş məşqi hesab oluna bilər. Bu tədbirlə Azərbaycan bir daha dünyanın nəhəng enerji şirkətləri və dövlətlərinə dünyanın üzləşdiyi ən ciddi problemin iqlim dəyişikliyi ilə bağlı olduğu mesajını verdi. Bakı Enerji Həftəsini keçirməklə isə Azərbaycan öz potensialını ortaya qoyur. Noyabrda isə bu istiqamətdə daha böyük hədəflərə imza atacağıq”.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

End of content

No more pages to load

RADİO