Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!

Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılıb və fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib.

Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.  
2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olmuş, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf etmişdir. Fondun ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.

Ləğv prosesində olan 4 bank – “Royalbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Gəncəbank” ASC və “Dəmirbank” ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir.

Əlavə olaraq qeyd edək ki, 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893.598.111 manat ekvivalentində kompensasiya, Fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32.236.851 manat məbləğində vəsait ödənilib və bu proses davam etməkdədir.

Qanunvericiliklə bankların ləğv prosesinin bitməsi üçün konkret müddət müəyyən edilməsə də Fond tərəfindən qanunvericiliyin bu prosesə kompleks yanaşması nəzərə alınaraq ləğvetmənin mümkün qədər sürətli və effektiv şəkildə başa çatdırılması prinsipi əsas götürülməklə aparılmış məqsədyönlü iş və uğurlu fəaliyyət nəticəsində daha bir bank - “Bank of Azerbaijan” ASC-nin ləğv prosesinin tamamlanması istiqamətində növbəti mühüm mərhələ başa vurulub.  

Məlumat üçün qeyd edək ki, “Bank of Azerbaijan” ASC 01.02.2016-cı il tarixli məhkəmə qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin bankın qorunan əmanətçilərinə 24.206.716,38 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Yuxarıda qeyd edilənlərin davamı olaraq  bildiririk ki, Ləğvedici tərəfindən ləğv prosesinin sürətli və effektiv şəkildə həyata keçirilməsi istiqamətində aparılmış işlərin və görülmüş tədbirlərin nəticəsi olaraq artıq “Bank of Azerbaijan” ASC üzrə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi ilə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə əsasən ilk növbədə olan Fondun reqres hüququ üzrə tələblərinin ödənilməsi tamamlanmış və növbəti ödəniş növbəsinə keçilib.

29.05.2024-cü il tarixdən başlayaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinin tələbinə uyğun olaraq növbəti mərhələ üzrə - bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödənişlərin həyata keçirilməsinə başlanılacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

End of content

No more pages to load

RADİO