Xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – Anar Məmmədli 1.44 milyon manat vəsaiti necə əldə edib?

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" İctimai Birliyinin sədri, "Gozetci.az" saytının təsisçisi və rəhbəri Anar Məmmədlinin fəaliyyəti araşdırılır.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, onun gördüyü işlər "fəaliyyət" kəlməsinin hərfi mənasını kəsb edir, çünki əməlləri gerçəkdən də fəal, hətta hiperaktiv olub.

A.Məmmədli xarici təşkilatlardan "qrant" adı ilə aldığı maliyyə hesabına əməllərini reallaşdırıb və bunu gizlətməyib.

Məqsəd Azərbaycana qarşı irəli sürülən "insan haqları, azad seçkilər" narrativlərini saxtakarlıqdan çıxararaq gerçəklik fonuna qovuşdurmaq cəhdləri olub.

10 il əvvəl o, əməllərinə görə məsuliyyətə cəlb olunmuşdu.

Xatırladaq ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) əməkdaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə hökm oxunub.

Anar Məmmədli 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 3 il 6 ay həbs cəzasına məhkum olunmuşdu.

Elnur Məmmədliyə isə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası kəsilmişdi.

Məntiqlə, on il az müddət deyil. Anar Məmmədli azadlığa çıxandan sonra, məmur lüğəti ilə yazsaq, "islah olunmalı, əməllərindən və əvvəlki niyyətindən əl çəkməli" idi.

Tam əksi oldu: niyyət daha da qətiləşdi, əməllərin intensivliyi ilə sayı çoxaldı.

Məhz bu səbəbdən o, 10 illik müddətdən sonra yenidən saxlanıldı.

İndi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə Anar Məmmədli haqda 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Nə baş verir və ən əsası, niyə baş verir ki, eyni məcradakı əməllərə və elə həmin məzmundakı fəaliyyətə görə A.Məmmədli yenidən ailəsindən, evindən ayrı düşərək kameraya salınıb?

Səbəb trivialdır: xaricdəki fondlar, cəmiyyətlər, təşkilatların maliyyəsi vasitəsilə Azərbaycan cəmiyyətində dezinformasiya yaymaq, əldə edilən maliyyə vəsaitini rəsmiləşdirməyərək və qanunlardan yayındıraraq ölkədə qurulmuş "tənqidçi media" və "müstəqil monitorinq" adlı müxtəlif qruplar arasında qismən paylamaq, maliyyənin əsas hissəsini də mənimsəmək.

Qanunsuz sahibkarlıq, seçki saxtakarlığı və vergidən yayınma halları üzrə ittihamların sübut bazası yetərli təsir bağışlayır.
Anar Məmmədovun uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin pullarıın əksər qismini Gürcüstandakı "TBC" bankında öz adına açılmış hesablar vasitəsilə yiyələnməsi və vəsaitlərin qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycana gətirilməsi işinə rəhbərlik etməsi söylənir.

Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çox saylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.

Anar Məmmədlinin sadəcə 2021-2014-cü illərdə aldığı qrantların məbləğlərinə ötəri nəzər salaq:

Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatı - 2.265 avro;

Fransanın "Equal Rights İndependent Media" təşkilatı - 4.750 avro;

İsveçin "Swedish International Liberal Centre" təşkilatı - 12.625 avro;

Norveçin "Norwegian Human Rights House Foundation" təşkilatı - 24.850 avro;

İsveçrənin "Human Rights House Foundation" təşkilatı - 27.020 avro;

Belçikanın "İnternational Partnership for Human Rights" təşkilatı - 43.290 avro;

ABŞ-ın "National Endowment Democracy" təşkilatı - 53.770 avro və 75.010 avro;

Çexiyanın "Prague Civil Sosiety Centre" təşkilatı - 59.850 avro;

ABŞ-ın "German Marshall Fund" fondu - 74.411 avro.

... Beləliklə, A.Məmmədlinin toplam olaraq 1.441.200 AZN məbləğində vəsait əldə etməsi, həmçinin vəsaitlərin xərclənməsinə və işçilərin xarici valyutada qonorarlar qəbul etməsinə dair qəbzlər aşkar olunub. Bundan başqa dəyəri 170.635 avro və 243.020 avro təşkil edən layihə sənədləri aşkarlanıb.

Bütün bunlar A.Məmmədliyə yetərli olmayıb. O, eyni zamanda müxtəlif şəxslərin beynəlxalq təlim və tədris proqramlarında iştirak etmələri, qrant layihələri ala bilməsi üçün tövsiyə məktubları hazırlayıb, digər şəxslər tərəfindən əldə olunan vəsaitlər də sonda onunla bölünüb.

Həmin vəsaitlərin xərclənməsinə və işçilərin xarici valyutada qonorarlar qəbul etməsinə dair qəbzlər aşkar olunub.

Yenə də bitmədi: dəyəri 170.635 avro və 243.020 avro təşkil edən layihə sənədləri də üzə çıxarılıb.

... Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətləri məhdudlaşdırılmayıb, xarici ölkələrdən, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətlərindəki fondlarla strukturlardan qrantlar almaq da yasaq deyil.

Prosedur sadədir: alınan məbləğlər rəsmi qeydiyyatdan keçirilməli, vergilərə cəlb olunmalı, QHT həmin maliyyə vəsaitini cəlb etdiyi layihəni və ya məqsədi göstərməlidir.

Bu qədər bəsit.

Sadalanan prosedur yerinə yetirilmirsə, xaricdən alınan pullar ən çeşidli yollarla Azərbaycan sərhədlərindən kənardakı hesablar vasitəsilə nağdlaşdırılırsa və ya fiziki şəxslərin ölkəmizdəki hesablarına sonradan yatırılırsa - bu, artıq qanunazidd əməllərdir.

Qanunun ziddinə olan əməl "demokratiya, azad seçkilər uğrunda mübarizə" təki pafosla, ibarələrlə pərdələnə bilməz.

Çünki qanun hamı üçün təkdir, dəyişməzdir.

"Qanunun aliliiyi uğrunda mübarizə aparmaq" pərdəsi altında varlanmaq, vergidən yayınmaq, qaçalmalçılıq etmək və s. əməllərlə məşğul olmağınsa bir tövsifi var.

Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli, subyektiv, provokativ məlumatlar hazırlayaraq onları dezinformasiya şəklində yaymaq, ölkəyə qarşı ünvanlanmış ittihamlara" dəstək məqsədilə mediativ vasitələrə əl atmaq - bütün bunlar ölkəmizin nüfzuna zərbə vurmağa yönəlmiş uğursuz cəhdlər sayıla bilər.
A.Məmmədlinin və onun yaratdığı strukturların fəaliyyətləri araşdırılır. İstintaq davam edir və bu səbəbdən yekun rəy vermək hələ tezdir.

Fəqət, o və təşkilatları Azərbaycana təzyiq vasitələrini işə salmış bir sıra dövlətlərin, beynəlxalq təşkilatların və fondların ölkədəki marionetləri olduğu bəllidir.

Aldıqları təlimatlar və göstərişlərinsə demokratiya, insan haqları, azad seçkilər və s. kimi anlayışlarla əsla əlaqəsi yoxdur: məram Azərbaycanda daxili qarşıdurma yaratmaq, dövlətin imicinə ağır zərbələr vurmaq, ən əsası isə bütün həmin proseslərdən maksimum gəlir əldə etməkdir.

Belə fəaliyyətin adı mübarizə deyil - daha sərt və ağır ifadədir...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz mübarizəni DAYANDIRDI

Millimiz mübarizəni DAYANDIRDI

"Buna görə xəstə kimi olmuşdum"

"Buna görə xəstə kimi olmuşdum"

Derbilərin tamaşaçı sayı AÇIQLANDI

Derbilərin tamaşaçı sayı AÇIQLANDI

Nevroloqdan beyin üçün ən faydalı 5 QİDA

Nevroloqdan beyin üçün ən faydalı 5 QİDA

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Qara düyünün FAYDALARI

Qara düyünün FAYDALARI

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Həmin gecə onlar aparıcılıq edəcəklər

Həmin gecə onlar aparıcılıq edəcəklər

End of content

No more pages to load

RADİO