Yanvar-mart aylarında ölkədən 406,2 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Bizim.Media bildirir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən elektrik enerjisinin dəyəri 16,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin birinci rübündə Azərbaycandan 374,6 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 17,8 milyon dollar təşkil etmişdi.
Bizim.Media