Büdcədə 3 milyardlıq profisit yarandı – Maaşlar ARTIRILACAQ?

Maliyyə Nazirliyinin verdiyi məlumata bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 12 milyard 612 milyon manat, xərcləri isə 9 milyard 263,1 milyon manat təşkil edib. Bunlar da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,9 faiz az və 23,7 faiz çoxdur. Son nəticədə icmal büdcədə 3 milyard 348,9 milyon manat qalıq yaranıb.

Belə vəziyyətdə isə ortaya sual çıxır:

Dövlət Büdcəsinə yenidən baxıla bilərmi? Qalıq vəsait sosial istiqamətlərə, xüsusən də əmək haqlarının artırılmasına yönəldilə bilərmi?

Məsələ ilə bağlı  danışan Millət vəkili Vüqar Bayramov Bizim.Media-ya bildirib ki, bir sıra əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib:

"“Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək”.

Millət vəkili onu da qeyd edib ki, 2024-cü ilin ilk aylarında da Dövlət Büdcəsi profisitlə icra olunurdu:

“Bunun əsas səbəbi neftin qiymətinin dünya bazarında yüksək olması və qeyri-neft sektorundan daxilolmalarla bağlı idi. Praktik olaraq hər iki mənbədən vəsaitin daha çox daxil olması Büdcədə profisitin yaranmasına gətirib çıxarıb. Nəzərə alaq ki, profisitin yaranmasına görə hökümətdə davamlı müzakirələr aparılır.

Amma növbəti dövrlər üçün də proqnozlar da çox önəmlidir. Xüsusən də neftin ilin ikinci yarısındakı qiymətlərini proqnozlaşdırmaq çox vacibdir. 

Bütün hallarda yaranmış profisitlə bağlı hökümətin müvafiq qərar verəcəyi gözlənilir. Yəqin ki, o zaman biz də parlamentdəki müzakirələrdə bir sıra istiqamətlərə, o cümlədən də sosial istiqamətlərə daha çox vəsait ayrılmasının mümkünlüyünə baxılmasını təklif edəcəyik. Çünki profisit fərqli istiqamətlərin də maliyyələşdirilməsinə imkan yarada bilər”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

End of content

No more pages to load

RADİO