Azərbaycan və ABŞ arasında maliyyə sektorlarında əməkdaşlığın möhkəmləndirilməsi müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" hesabında məlumat verib.
"Azərbaycanın bankçılıq missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlərimiz davam edir. ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşdük.
Görüşdə ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eləcə də maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi apardıq", - deyə T. Kazımov qeyd edib.
Bizim.Media