Azərbaycana ən çox turist bu ölkələrdən GƏLİR 

2024-cü ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 

Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 19,3 faizi Türkiyə, 10,3 faizi İran, 7,2 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Küveyt, 1,4 faizi Ukrayna, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. 
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, İtaliyadan - 1,8 dəfə, Omandan - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Türkmənistandan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Almaniyadan - 49,5 faiz, Özbəkistandan - 47,5 faiz, Küveytdən - 42,4 faiz, Yəməndən - 38,6 faiz, Polşadan - 37,7 faiz, ABŞ-dan - 32,1 faiz, Ukraynadan - 26,1 faiz, Fransadan - 25,7 faiz, Türkiyədən - 25,0 faiz, Pakistandan - 24,3 faiz, Rusiya Federasiyasından - 23,8 faiz, Misirdən - 22,5 faiz, Gürcüstandan - 19,3 faiz, Niderlanddan - 17,8 faiz, Böyük Britaniyadan - 14,2 faiz artıb.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,0 faiz artaraq 198,3 min nəfər olub. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 30,9 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 31,7 faiz artaraq 472,3 min nəfər olub.
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 40,6 faiz, Gürcüstana gedənlərin sayı 29,0 faiz, Türkiyəyə gedənlərin sayı 28,1 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 20,1 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,3 faizi Türkiyəyə, 20,8 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 8,6 faizi İrana, 22,9 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 67,2 faizini kişilər, 32,8 faizini qadınlar təşkil edib. 

2024-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 faizi hava, 30,3 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

End of content

No more pages to load

RADİO